Tramp Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaş
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Donald Tramp administrasiyasının cinayət nisbətlərini azaltmaq üçün bəzi şəhərlərdə təhlükəsizliyi artırmaq siyasətinin bir hissəsi olaraq Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaşdığı bildirilir.
APA xəbər verir ki, bu barədə “Washington Post” qəzetində dərc olunan məqalədə deyilir.
Əsasən şəhər mərkəzlərində yerləşdirilməsi planlaşdırılan Milli Qvardiya yalnız ştatın Respublikaçı qubernatoru Ceff Landrinin tələbindən sonra öz işinə başlayacaq.
Qeyd edək ki, Tramp Vaşinqtonda təhlükəsizliyi təmin etmək və cinayət nisbətlərini azaltmaq üçün orada Milli Qvardiyanı yerləşdirib, polis əməkdaşlarının sayını artırıb və Vaşinqton Polis Departamentini federallaşdırıb.
Vaşinqtonda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını müdafiə edən Tramp, cinayət nisbəti yüksək olan digər ştat və şəhərlərdə də bənzəri tədbirlərin həyata keçiriləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 14 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















