Tramp Macarıstandakı seçkilərdə Baş nazir Viktor Orbanın namizədliyini yenidən dəstəkləyib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Vaşinqton, 5 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Macarıstandakı seçkilərdə Baş nazir Viktor Orbanın namizədliyini yenidən dəstəklədiyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Tramp “Truth” sosial mediasında yazıb.
“O, mənim Amerika Birləşmiş Ştatları üçün etdiyim kimi, böyük ölkəsi və xalqı uğrunda yorulmadan mübarizə aparır və onları sevir. Macarıstan və Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər mənim administrasiyam dövründə zirvəyə çatıb və möhtəşəm nailiyyətlər əldə edib. Bu da Baş nazir Orbanın sayəsindədir. Uğur və əməkdaşlığa aparan bu möhtəşəm yolu daha da irəlilətmək üçün onunla sıx əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Fevral 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















