“Tramp marşrutu”na paralel neft kəməri çəkiləcək? “Dövlət başçısı hələ 2021 ci ildə demişdi”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Paşinyan məsələni qarışdırıb. Onun bəhs etdiyi neft yox, qaz kəməridir”.
Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onu sözlərinə görə, TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən keçən yeni neft kəmərinin çəkilişinə lüzum yoxdur:
“Onsuz da Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa kimi neft kəmərləri var. Digər tərəfdən, neft hasilatı artmır, əksinə azalır. TRIPP, yaxud "Zəngəzur dəhlizi" deyəndə, sovet dövründə olan avtomobil və dəmiryolunu nəzərdə tuturuq.
Naxçıvana qaz kəməri 1976-cı ildə Bərdə-Ağdam-Əsgəran-Xankəndi-Laçın-Gorus-Şahbuz-Naxçıvan marşrutu ilə uzanırdı. Ancaq ümumən Ermənistan 1960-cı ildə Azərbaycandan qazı Hacıqabul-Qazax-İcevan-İrəvan marşurtu ilə alıb. 1982-ci ildə Naxçıvandan İrəvana dairəvi qaz kəməri çəkilməyə başlayıb. Bu xətt SSRİ dağıldıqdan sonra, yəni 1991-1992-ci illərdə işlək olsa da, daha sonra onunla nəql dayanıb. "Dağlıq Qarabağ" deyilən seperatçı qurum işğal dövründə Ermənistandan öz qaz təminatını elə həmin marşurtla təmin edirdi”.
Ekspert qeyd edib ki, TRIPP layihəsi ilə bağlı hansısa nüansın məxfi saxılanması inandırıcı deyil:
“Bu, siyasi yox, iqtisadi layihədir. Layihə avtomobil, dəmir yolu çəkilməsi, enerji infrasturukturundan ibarətdir. Dövlət başçısı hələ 2021-ci ildə demişdi ki, Zəngəzur dəhlizi təkcə avtomobil və dəmiryolundan ibarət olmayacaq. Həmin ərazidən qaz və yüksək gərginlikli elektrik xətti də keçəcək.
Bunları icra etmək üçün lazımi materiallar alınır, işçi qüvvəsi cəlb edilir, tender elan olunur, geofiziki tədqiqatlar aparılır. Bütün bunların niyə ictimaiyyətdən gizli saxlanılsın ki?! Bu miqyasda olan bir layihənin hansısa detallarının ictimaiyyətdə və mediada gizli saxlanması mümkün deyil”.
Xatırlantma: Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, "Tramp yolu"nun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq.
Onun sözlərinə görə, bu ilin sonuna qədər bütün detallar müzakirə edilməli, ilin birinci yarısında bütün plan kağız üzərində təqdim edilməli, ikinci yarıda isə tikintiyə başlanılması planlaşdırılır:
“Amma mən hələ heç nə demək istəmədim, çünki belə planlar həmişə qrafikdən kənara çıxır”.
Baş nazirin sözlərinə görə, dəmir yolu sovet dövründən qalan dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı:
"Qaz kəməri xeyli şimalda yerləşəcək. Elektrik xətləri də xeyli şimalda olacaq. Qaz kəmərinin və elektrik xətlərinin Sünikdə qalacağı, yoxsa Vayots Dzor bölgəsindən keçəcəyi hələlik bəlli deyil. Xəritədə hər şey hamar görünür, lakin ərazi tələbləri diktə edir, Paşinyan izah edib. Şərq-Qərb yolları Şimal-Cənub layihəsinə inteqrasiya olunacaq. Seçimlər hələ də müzakirə olunur.
Neft kəmərinin marşrutu qeyri-müəyyən olaraq qalır; onun taleyi daha çox neft qiymətlərindən asılı olacaq".
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 13 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















