Icma.az
close
up
RU
TRAMP MASK CÜTLÜYÜ QLOBALÇILARIN DÜNYA HEGEMONİYASINI BİTİRİR FED ə son hücum planı və İsrail üçün “tələ...

TRAMP MASK CÜTLÜYÜ QLOBALÇILARIN DÜNYA HEGEMONİYASINI BİTİRİR FED ə son hücum planı və İsrail üçün “tələ...

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Trampın Qəzzanı köçürmə planının arxasındakı əsl niyyəti də ortaya çıxır

Namiq Bilal

Bu gün ABŞ-də baş verənlər ˝dəlisov Trampın heyrət doğuran şıltaqlıqları˝ deyil, Amerikanı quran və dünya hegemonu edən iki ˝böyük ağılın˝ dərin toqquşmasıdır. Bu toqquşmanın əsl səbəblərini anlamaq üçün tərəflərə bir qədər yaxından baxmağa ehtiyac var.

Yəhudi əsilli araşdırmaçı-bloqer Mixail Frinkelin dedikləri demokrat-qlobalçı qruplaşmanın mahiyyətinə xeyli aydınlıq gətirir. O deyib: ˝Yəhudilər əsrlər boyu bütün dünyada əzilib, soyqırımlara məruz qalıblar. Soyqırım qorxusu yəhudilərin genlərinə oturub. İkinci dünya müharibəsindən sonra ABŞ demokratları ilə birlik olub çox təhlükəli qloballaşma ideologiyasını uydurdular. Onlara görə yəhudi millətindən olmaq təhlükəlidirsə, qoy ümumiyyətlə millətlər olmasın. Ağ amerikalılar və avropalılar yüz milyonlarla miqrantın içərisində ərisinlər. Dövlət də olmasın, sərhəd də olmasın, millət də olmasın. Dünyada cəmi bir dil, ingilis dili olsun. Ailə də olmasın, din də olmasın. İki cins yerinə 65 cins uydurublar. Bütün dünyada LGBT-ni yayırlar. Bunlar psixopatdırlar˝.

Dövlətin əsas millətini miqrantlar içində əritmək siyasətinə ağ amerikalıların və yerli avropalıların ciddi təpki göstərmələri təbii haldır. ABŞ-də bu, Tramp-Mask fenomeninin meydana çıxması, Avropada isə sağ millətçi hərəkatların yüksəlməsi ilə müşayiət olunur. Tramp öz inauqurasiyasına Avropanın sağ-millətçi liderlərini dəvət edir, Mask prezident tribunasından faşist salamı verir, Roma Papası isə ilk dəfə haqlı olaraq ˝İsrail qəsdən fələstinli uşaqları öldürür˝ bəyanatını verir.


Qısa müddət içində baş verən bu hərəkətlənmənin və böyük jestlərin ˝təsadüfən üst-üstə düşən faktlar˝ olması ağlabatan deyil.

Trampın tədricən başlatdığı ikinci böyük həmlə ABŞ mərkəz bankı funksiyasını daşıyan FED üzərinə basqılardır. FED Birləşmiş Ştatlar dövlətinə məxsus qurum deyil, 12 regional rezerv bankın qurduğu aksioner sistemdir. Regional rezerv bankların sahibləri böyük ailələrdir. Amerika dollarını kəsən və faiz dərəcəsini müəyyən edən də bu sistemdir. FED dollar kəsir, ABŞ dövlətinə borc verir və verdiyi borcun faizini alır. ABŞ-nin dövlət borcu hazırda 36 trilyon dolları ötüb. Bunlardan 9 trilyona yaxını xarici dövlətlərə, 27 trilyonu isə FED-ə olan borcdur. ABŞ dövləti həm xarici ölkələrə, həm də FED-ə olan borcuna görə illik 1 trilyon dollar faiz ödəyir.


ABŞ-nin xərcləri gəlirlərini üstələyir və dövlət FED-dən hər il təxminən 2 trilyona yaxın borc alır. Qısası, ABŞ dövlətinin FED-ə sahib olan və qlobalçı demokratlarla birlik halında olan böyük ailələrə 27 trilyon dollar borcu var. Hər il həmin ailələrdən 2 triliyon əlavə borc alır və bu ailələrə ildə təxminən 700 milyard dollar faiz ödəyir. ABŞ maliyyə sistemi artıq bu qədər borcu daşıya bilmir, maliyyə naziri dəfələrlə ˝bu, sürdürülə bilir vəziyyət deyil˝ bəyanatını verib. Tramp və komandası da böyük ailələrə olan borcdan və faiz ödəmələrindən qurtulmaq üçün FED-i milliləşdirmək planı üzərində baş sındırır.


Sual yaranır: Bəs həmin ailələr bu qədər böyük pulu haradan alır? Bu pullar ticarətdə və ya istehsalda qazanılmış pullar deyil. Həmin pullar sadəcə pulkəsən maşını işə salmaqla ˝havadan˝ kəsilən pullardır. Bu sistemin arxasında ABŞ-nin hərbi-siyasi qüdrəti dayandığı üçün sistem bu günə qədər iflas etməyib. Dünya qlobalçı hegemoniyasının əsil gücü də burda gizlənib. Qazanılmayan və ˝havadan˝ kəsilən trilyonlarla dollarla ölkələri və hökumətləri yönəldirlər. Deməli, FED-in böyük ailələrin əlindən çıxması dünya çapında qlobalçı siyasətin sonlanması deməkdir.

Trampın göstərişi ilə Mask ABŞ-nin qaranlıq maliyyə sxemlərini aşkara çıxarır, demokratlara yaxın olan yüz minlərlə məmuru işdən qovur, Amerika dərin dövlətinin sütunlarını sökür. Mətbuatda yer alan məlumatlara görə, bütün bunlar FED-ə son hücumun hazırlıqlarıdır.

Yəhudi yazar M.Frinkelin də dediyi kimi, qlobalçı siyasət yürüdən ana ağıl yəhudi ağlıdır. Bu baxımdan, İsrailin Qəzzada törətdiyi kütləvi qətllər də təkcə İsrailin əleyhinə deyil, həm də qlobalçı yəhudi faktoruna qarşı yönəlir, antiqlobalçı qrupların əlini gücləndirir. Bu kontekstdən yanaşdıqda anlamaq olmur, Trampın Qəzzanı köçürmə planı İsrail sevgisidir, yoxsa bütün dünyanı daha sərt formada yəhudilərin, deməli həm də qlobalçıların üzərinə qaldırmaq cəhdidir?


Tramp psixoloji gedişləri yaxşı hesablayır. Milyonlarla qəzzalını köçürmə cəhdinin İsrailə qarşı təpkiləri ən yüksək pərdəyə qaldıracağını biz görə biliriksə, Tramp və komandası da çoxdan hesaba alıb. ˝Yerusəlim Post˝ qəzetində dərc olunan ˝Trampın Qəzzanı köçürmə planı İsrail üçün tələdir˝ başlıqlı məqalədə də bu məqama diqqət yetirilir. Yəhudi əsilli jurnalist Vitali Portnikov isə ˝İsrail radiosu˝-na müsahibəsində deyib: ˝Bu gün qəzzalıların zorla köçürülməsi, sabah yəhudilərin də İsraildən zorla köçürülməsi deməkdir˝.

M.Frinkel, V.Portnikov və yüzlərlə digər yəhudi əsilli yazar yəhudi camiyəsinin problemlərini və üstünlüklərini içəridən görür, bu camiyənin içindəki və ətrafındakı əhvalı ilikləri ilə hiss edirlər. İstisna deyil ki, İsrailin və qlobalçıların, Frinkelin ifadələri ilə desək, bu ˝psixopat siyasəti” son nəticədə bütün dünyada antiyəhudi dalğası doğursun. Yəhudi əsilli belə yazarlar da problemi görür və həyəcan təbili çalırlar.

“AzPolitika.info”  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri