Icma.az
close
up
RU
Tramp Maska “Tik Tok”u almağı tapşırıb

Tramp Maska “Tik Tok”u almağı tapşırıb

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“ABŞ Prezidenti Donald Tramp bir tərəfdən ölkəsinin xərclərini azaltmaq istəyir, digər tərəfdən süni intellekt infrastrukturuna ən azı 500 milyard dollar sərmayə qoyacağını bəyan edib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, söhbət “Stargate” adlandırılan layihədən gedir:

“Bu layihəyə bir neşə iri şirkət cəlb olunub. “Bu monumental layihə Amerikanın yeni Prezidentinin rəhbərlik potensialına inamın güclü ifadəsidir” deyən Tramp bu layihənin icrası üçün gərəkən infrastruktur yaradılacağını deyib.

Bu məqsədlə Texas ştatında tikinti işləri artıq başlanıb, əlavə kampuslar tikilməldir. Əslində Amerikada texnoloji şirkətlər Kaliforniya ştatında yerləşir. Texas ştatı texnoloji investisiyalar üşün yeni məkana çevrilməlidir”.

Politoloq qeyd edib ki, Trampın yaxın tərəfdarı “X” sosial platformasının sahibi, milyarder İlon Maskın Çin tətbiqi “TikTok”u satın almaq imkanını nəzərdən keçirməyə hazır olduğu bildirilib:

“Tramp bu ideyanı dəstəkləyir. Hələliksə, Ağ Evin yeni sahibi bütün diqqətini yeni layihəyə yönəldib. Tramp layihənin icrasına dərhal başlamaq istəyir. 

“Layihənin icrasında dərhal başlamaq lazımdır” deyən Tramp “Stargate” vasitəsilə virtual infrastruktur qurmaq və nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutub. 

Müxtəlif hesablamalara görə, yeni layihə təxminən 100 min yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir. 

Tramp yeni layihə vasitəsilə Çin texnoloji sahədə sıxışdırmağı da planlaşdırır.

“Çin bizim rəqibimizdir” deyən Ağ Ev sahibi Pekini qabaqlamağa çalışır. 

Məlumdur ki, Çin də texnoloji sahələrə investisiyaların həcmini ildən-ilə artırır. Aparıcı dövlətlər süni intellekt  bazarında fəallaşıblar. Çində süni intellektin bazar dəyərinin 2026-cı ilə qədər 26,44 milyard ABŞ dollarına çatacağı gözlənilir. 

Mütəxəssilərin fikrincə, süni intellekt bazarına ayrılan xərclərin 14,75 milyard ABŞ dollarına çatacağı və bunun dünya ümumi həcminin təxminən 10 faizini təşkil edəcəyi təxmin edilir. Tramp bu səbəbdən bu bazarda ölkəsini irəli çıxarmağa çalışır”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri