Icma.az
close
up
RU
Tramp Maskın atasına əsəbiləşdi

Tramp Maskın atasına əsəbiləşdi

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Son günlər ərzində Trampın Rusiyaya və şəxsən Putinə qarşı ritorikası kəskin sərtləşib. Tramp artıq Ukraynaya silah yardımını artıracağını da deyir.

Milli.Az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

Onun fikrincə, Tramp və Putin arasında yaranan gərginliyin səbəbləri dərindədir:

"İlon Mask ABŞ-ın Federal Seçki Komissiyasına "Amerika" adlı siyasi partiyanın qeydiyyatı üçün müraciət edib. Müvafiq sənəd qurumun portalında yerləşdirilib. "Amerika Partiyası" (AMEP) üçün müraciət 2025-ci il iyulun 6-da göndərilib.

Mask X sosial şəbəkəsində bu xəbəri belə şərh edib:

"MAGA - keçmişdir.

Woke - saxta hədəfdir (respublikaçılar bu ifadə ilə demokratların tərəqqipərvər gündəmini nəzərdə tuturlar).

Orta yol - gələcəkdir.

Amerika Partiyası - əksəriyyətin partiyasıdır".

Maskın ideoloji baxışları faşist baxışları ilə oxşardır, o, Putinin və ümumilikdə rusçuluğun pərəstişkarıdır. Avropadakı seçkilərdə Mask yalnız Putinə yaxın namizədləri dəstəkləyirdi: Almaniyada AfD-ni, Fransada Le Peni, Rumıniyada Corceskunu, Britaniyada Faracı, Macarıstanda Orbanı və s.

Ümumiyyətlə, ABŞ-da yeni bir partiyanın yaradılması (formal yox, həqiqi üçüncü güc kimi) 100 milyonlarla yox, hətta 100 milyardlarla (!) dollar və onilliklər tələb edir. Və hətta həmin onilliklər və 100 milyardlar sərf olunsa da, yeni partiyanın gələcəkdə siyasi uğurları hələ də böyük suallar doğuracaq. ABŞ-ın oturuşmuş siyasi sistemi var və 3-cü güc olaraq ortaya çıxmaq son dərəcədə çətindir, bəlkə də mümkünsüzdür. İkipartiyalı siyasi sistem ideoloji, tarixi və ərazi baxımından nəhəng bir sistemdir. Maskın bu sistemi dağıtmaq potensialı 0.0%-dir, amma...

Mask nə edə bilər?

O, Konqresə keçiriləcək seçkilərdə 5-10 nümayəndə və 3-4 senatorluğa namizədini maliyyə ilə dəstəkləyə bilər (onların "yeni partiyadan" olduğunu söyləyərək).

Əgər Mask bunu edə bilsə, onun partiyası ABŞ Konqresində söz sahibinə çevrilə bilər. Təsəvvür edin ki, demokratların Senatda 48, respublikaçıların 48, Maskın isə 4 senatoru var. Qanunun qəbulu üçün isə 51 səs lazım olacaq, hər 2 partiya kimin qapısına gələcək? Bəli, Maskın. Mask yeni partiyanı məhz bunun üçün də yaradır.

Digər önəmli məsələ ondadır ki, demokratların elektoratı heç zaman Maskın namizədinə səs verməyəcək, bu mümkün deyil, amma Trampın radikal və ultra-radikal elektoratı arasında Maska simpatiya bəsləyənlər mütləq tapılacaq. Nəticə etibarı ilə elə çıxır ki, Maskın siyasi arenaya müstəqil oyunçu kimi çıxması Trampın və ümumiyyətlə respublikaçıların elektoratını parçalayacaq.

Bəs bu hadisələrin Trampın Rusiyaya qarşı ritorikasının sərtləşməsilə nə əlaqəsi var?

1 ay qabaq Maskın atası Moskvada Duginin keçirtdiyi forumda Lavrov və Rusiya xüsusi xidmət orqanlarının yüksək rütbəli zabitləri ilə görüşüb. Bu, çox önəmli hadisədir.

İndi isə Duginin Mask tərəfindən yeni partiyanın yaradılmasına reaksiyasına nəzər salaq:

"Deməli, görünür ki, Mask "Amerika" adlı yeni partiya ilə irəliləməyə qərar verib. MAGA indi yolayrıcındadır. Tramp - qorxulu fiqurdur, lakin onun İranla müharibəsi, Netanyahunu tam dəstəkləməsi və neokonservatorlarla (xüsusilə Lindsi Qrehemlə) oynadığı oyunlar ona olan etimadı ciddi şəkildə sarsıtdı".

Bunu Dugin deyib. Duginin kimliyi isə bəllidir və zərrə qədər şübhə yoxdur ki, bu bəyanat sözbəsöz Kremldən diktə edilib.

Gördüyünüz kimi, Rusiya Maskı dəstəkləyir və bu heç də təəccüblü deyil. Rusiya ümumiyyətlə heç zaman hansısa ölkədə gücünü və təsir imkanlarını 1 qüvvəyə bağlamır, eyni zamanda bir neçə qüvvə ilə işləməyə üstünlük verir.

Bəlkə "dostu Vladimirin" məhz Maskla flörtü Trampı bu qədər qıcıqlandırır? Məncə, Trampın Putinə qarşı aqressivləşməsinin kökündə məhz bu dayanır". /Axar.az

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri