Tramp Maskla qapalı şam yeməyinin qiyməti DODAQ UÇUQLATDI
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp 15 mart tarixində Floridadakı iqamətgahında qapalı şam yeməyi təşkil edib. Tədbirdə iştirak etmək istəyən qonaqlardan hər biri üçün 1 milyon dollar ödəmək tələb olunub.
Milli.Az xəbər verir ki, bu barədə "WIRED" jurnalı məlumat yayıb.
"Siz xüsusi qonaq - prezident Donald J. Trampın iştirakı ilə keçirilən şam yeməyinə dəvət olunursunuz. Bir yer üçün 1 milyon dollar", - jurnalın əldə etdiyi dəvətnamədə belə yazılıb.
Bildirilib ki, Mar-a-Laqoda keçirilən tədbirdə ABŞ hökumətinin səmərəlilik departamentinin (DOGE) rəhbəri İlon Mask da iştirak edib.
Qeyd olunur ki, qapalı şam yeməyi Trampın prezidentlik kampaniyasını dəstəkləyən MAGA Inc. komitəsi tərəfindən təşkil olunub. Bununla belə, tədbir zamanı Tramp tərəfindən ianələr toplanmayıb. /BAKU.WS
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Mart 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















