Tramp: Mauduronun ələ keçirilməsi zamanı bir neçə hərbçi yaralanıb, helikopter zədələnib
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, “Delta Force”un bir neçə hərbçisi yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib. ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.
Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.
“Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, əməliyyatı Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib və Vaşinqton Venesuelaya qarşı ikinci zərbə dalğası da keçirə bilər, lakin hazırda buna ehtiyac yoxdur.
ABŞ-ın bu əməliyyata görə Çinlə problem yaşamayacağını deyən Tramp, Pekinin “neft alacağını” qeyd edərək sözlərini yekunlaşdırıb. (apa)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib. ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.
Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.
“Komanda inanılmaz iş gördü. Yer üzündə belə bir əməliyyatı həyata keçirə biləcək başqa heç bir ölkə yoxdur”, - Tramp vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, əməliyyatı Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib və Vaşinqton Venesuelaya qarşı ikinci zərbə dalğası da keçirə bilər, lakin hazırda buna ehtiyac yoxdur.
ABŞ-ın bu əməliyyata görə Çinlə problem yaşamayacağını deyən Tramp, Pekinin “neft alacağını” qeyd edərək sözlərini yekunlaşdırıb. (apa)
Bu mövzuda digər xəbərlər:Helikopter zədələnib, bir neçə hərbçi yaralanıb Tramp
03 Yanvar 2026 21:41
Tramp: Venesuelada Maduronun ələ keçirilməsi əməliyyatı barədə məlumatlı idilər
06 Yanvar 2026 20:17
Tramp: Venesuelada bir helikopterimiz vurulub, bir neçə hərbçimiz yaralanıb
03 Yanvar 2026 22:07
Pakistanda qatarın yaraqlılar tərəfindən ələ keçirilməsi zamanı azı 10 nəfər ölüb
12 Mart 2025 12:54
Türkiyədə silahlı hücum zamanı bir neçə polis əməkdaşı yaralanıb
21 Noyabr 2024 02:29
Baxış sayı:60
Bu xəbər 03 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















