Tramp Mayamidəki qızıl örtüklü saray layihəsini təqdim edib FOTOLAR
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Mayamidə inşa ediləcək yeni prezident sarayı layihəsini ictimaiyyətə təqdim edib.
O, bu barədə "Truth" platformasındakı hesabından məlumat paylaşıb.
Layihəyə əsasən, Mayami şəhərində tikiləcək kompleks qızıl örtüklü fasadı və möhtəşəm memarlıq üslubu ilə seçilir. Binanın dizaynında Ağ Evdə yerləşən Oval Ofisin qızılı elementlərlə bəzədilmiş surəti, böyük bal zalı və aviasiya qalereyası nəzərdə tutulub.
Kompleksin daxilində ziyarətçiləri dəbdəbəli, qızılı tonlarda hazırlanmış giriş qarşılayacaq. Layihədə həmçinin Oval Ofisin tam ölçüdə kopyası, yenidən qurulmuş gül bağı və iri kristal çilçıraqlarla bəzədilmiş bal zalı yer alır.
Kitabxananın birinci mərtəbəsi ABŞ prezident təyyarəsi "Air Force One" üçün nəzərdə tutulan aviasiya qalereyası kimi planlaşdırılıb. Burada ziyarətçilər eskalatorlarla yuxarı mərtəbələrə qalxarkən, mərkəzdə Donald Trampın yumruğunu havaya qaldırdığı anı əks etdirən nəhəng qızıl heykəl yerləşəcək. Bu heykəlin 2024-cü ildə Pensilvaniyada baş verən sui-qəsd cəhdindən sonra onun reaksiyasını simvolizə etdiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 31 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















