Icma.az
close
up
RU
Tramp: “Məhkəmənin qərarı rüsvayçılıqdır”

Tramp: “Məhkəmənin qərarı rüsvayçılıqdır”

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Nyu-York məhkəməsinin çıxardığı hökmün növbəti “cadugər ovu” olduğunu deyib. O, keçmiş porno aktrisa Stormi Denielsə pul ödəyərkən “Trump Organisation” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı məhkəmənin qeyd-şərtsiz azadlığa buraxılma hökmü çıxarması qərarını belə şərh edib.
“Altı illik vəsvəsələrindən, milyonlarla dollar xərcləndikdən və Bayden/Harris Ədliyyə Departamenti ilə koordinasiyadan sonra mən qeyd-şərtsiz azadlığa buraxıldım. Bu nəticə sübut edir ki, heç bir iş yoxdur və heç vaxt da olmayıb”, - ABŞ-nin gələcək prezidenti yazıb.
Bu hökmün “seçkilərə müdaxiləni” simvolizə etdiyini vurğulayan Tramp məhkəmə prosesini “utancverici yenidən qüvvəyə minmə” adlandırıb. O, “amerikalıların məhkəmə sisteminə inamını bərpa etmək üçün" sözügedən qərardan şikayət etməyi planlaşdırdığını söyləyib.
Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək Tramp məhkəmənin hökmünə görə ağır cinayətdə ittihamla vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq. İndiyədək heç bir prezident ağır cinayətdə mühakimə olunduqdan sonra vəzifə tutmayıb. ABŞ Konstitusiyası yalnız keçmişdə cinayəti olan şəxslərin prezidentliyə namizədliyini irəli sürməsini və ya vəzifə tutmasını qadağan etmir.
“Fox News” telekanalı xəbər verir ki, hökm Trampın ABŞ prezidenti kimi imkanlarına və məsuliyyətlərinə təsir etməyəcək. O, yenə də Baş Komandan ola biləcək.
“Qeyd-şərtsiz azadlıq məhkum edilmiş şəxsdən müəyyən tələblər müqabilində, məsələn, işə düzəlmə və ya zərərin ödənilməsi tələb olunan şərti azadlığa buraxılmadan fərqlənir. Trampın məsələsində belə öhdəliklər qoyulmayacaq ki, bu da hökmün unikallığını təsdiqləyir. Hakimin qərarı işin “bağlanmasını” təmin etmək istəyinə əsaslanıb”, -“The New York Times (NYT)” qəzeti vurğulayır.
Qeyd edək ki, Tramp ilkin olaraq 34 maliyyə saxtakarlığına görə sınaq müddəti və ya 4 ilə qədər həbs cəzası təhlükəsi ilə üzləşmişdi.
“NYT” nəşri 2014-cü ildən bəri Manhettendə oxşar işlərə görə məhkum olunanların təxminən üçdə birinin dəmir barmaqlıqlar arxasında bir ildən az müddətə azadlıqdan məhrum edildiyini, digərlərinin isə daha ağır cəzalar aldığını və ya şərti azadlığa çıxdıqlarını xatırladır. Bu mənada, Trampın qeyd-şərtsiz buraxılması və hansısa öhdəliklərin olmaması baxımından nuikallığı ilə fərqlənir. nadirliyi və sətirlərin olmaması ilə seçilir.
Lakin maliyyə saxtakarlığı ilə yanaşı, Donald Trampın digər hüquqi problemlərlə də üzləşməsi davam edir. Corciyada Trampın və onun komandasının bu ştatda 2020-ci il seçkilərinin nəticələrini şübhə altına almaq səyləri ilə bağlı araşdırma hələ də davam edir.
Rayon prokuroru bu işdə iştirakdan kənarlaşdırılsa da, Trampın Corciya şataındakı hərəkətləri ilə bağlı suallar qalmaqdadır. Hüquqi çətinliklərə baxmayaraq, Tramp bundan öz siyasi bazasının səfərbər olunması üçün istifadə edərək, siyasi motivli təqiblərin qurbanı olduğunu deyir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Yanvar 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri