Tramp Messi və Ronaldo barədə: Onların həyatı məndən daha asandır, olduqca yaxşı yaşayırlar
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu və Argentina yığmasının forvardı Lionel Messini möhtəşəm oyunçular adlandıraraq, hər ikisinə heyran olduğunu bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlama verib:
"Həm Messi, həm də Ronaldo möhtəşəmdir. Bu barədə danışmaq istəmirəm, amma mən Pelenin "Nyu-York Kosmos"un formasını geyinərkən oyununu izləmişəm. Onlar dahi oyunçulardır. Başqaları da var. Bu məlumatı böyük futbol azarkeşi olan oğlum Barrondan alıram.
Mən həmişə Ronaldonu və Messini bəyənmişəm. Leo ilə təzə tanış oldum və Kriştianonu isə tanıyırdım. Əslində, onların həyatı məndən daha asandır, olduqca yaxşı yaşayırlar!"
Qeyd edək ki, Messi "Qızıl top" mükafatını 8, Ronaldo isə 5 dəfə qazanıb. Messi futbol tarixində bu mükafatı ən çox alan futbolçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 20 İyul 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















