Icma.az
close
up
RU
Tramp min nəfərlə Türkiyəyə gəlir KONKRET

Tramp min nəfərlə Türkiyəyə gəlir KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində iyulun 7-də Ankaraya səfər edəcək.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Amerika liderini müşayiət edəcək təxminən 1000 nəfərlik nümayəndə heyəti isə hazırlıqları başa çatdırmaq məqsədilə bir neçə gün əvvəl Türkiyənin paytaxta gələcək. ABŞ Prezidentinin təhlükəsizliyi və logistikasına cavabdeh olan xüsusi agentlər və sahə qrupları Donald Trampın səfərindən əvvəl Ankarada yerləşərək istifadə olunacaq marşrutları, təhlükəsizlik perimetrlərini və kortejin hərəkət planını dəqiqliklə hazırlayacaqlar.

ABŞ Prezidenti Ankaradakı proqramına ilk olaraq Anıtkabiri (Mustafa Kamal Atatürkün məzarını) ziyarət etməklə başlayacaq, ardınca Prezident Sarayına yollanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarını Beştəpədə keçiriləcək rəsmi mərasimlə qarşılayacaq. Trampın xidməti avtomobili Prezident Sarayına gedən marşrut boyunca atlı dəstə tərəfindən müşayiət olunacaq.

Rəsmi qarşılama mərasimindən sonra liderlər əvvəlcə təkbətək görüş keçirəcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar baş tutacaq.

Görüşdə Türkiyənin yerli döyüş təyyarəsi KAAN üçün F-110 mühərriklərinin tədarükü, Ankaranın F-35 proqramına yenidən qoşulması, eləcə də Yaxın Şərqdə baş verən son hadisələr kimi mühüm məsələlərin müzakirə olunacağı bildirilir. Görüşlərin yekununda Ərdoğan və Trampın bir sıra razılaşmalar imzalayaraq birgə mətbuat qarşısına çıxacağı gözlənilir.

Xatırladaq ki, NATO sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri