Tramp: “Miqrantlar Fransanı ələ keçiriblər”
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən kütləvi etirazları şərh edərək miqrantların ölkəni ələ keçirdiyini iddia edib.
Bakıvaxtı.az xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsindəki paylaşımında sərhədlərin dərhal bağlanmasına çağırıb.
Fransada etirazlar sentyabrın sonlarında orta məktəb şagirdlərinin təhsil sistemindəki problemlərlə bağlı nümayişləri ilə başlayıb və tədricən ölkənin digər ərazilərinə yayılıb.
Oktyabrın 17-də Fransada yarım milyondan çox insanın iştirak etdiyi bildirilən aksiyalarda fəallar, gənclər, həmkarlar ittifaqlarının üzvləri və işçilər iştirak ediblər. Nümayişçilər yanacağın bahalaşmasına etiraz edib, alıcılıq qabiliyyətinin azalmasına son qoyulmasını tələb ediblər.
Məlumata görə, bəzi şəhərlərdə aksiyalar zamanı qarşıdurmalar baş verib, yanğınlar törədilib və mağazalar talan edilib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Oktyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















