Icma.az
close
up
RU
Tramp Moskva və Kiyevlə danışıqlar apardığını açıqlayıb ABŞ görüşlərə hazırlaşır

Tramp Moskva və Kiyevlə danışıqlar apardığını açıqlayıb ABŞ görüşlərə hazırlaşır

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə planlaşdırılan təmasları açıqlayıb və danışıqların uğurla davam etdiyini vurğulayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Fox News telekanalında bildirib.

"Çox gərgin həftə sonu keçirdik. Biz İsraillə məşğuluq. Həmçinin Ukrayna və Rusiya ilə işimiz var. Müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlərimiz və danışıqlarımız nəzərdə tutulub".

Tramp dəfələrlə mümkün görüş də daxil olmaqla, Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa hazır olduğunu bildirib. Putin də dialoqa hazır olduğunu bəyan edib. Lakin liderlər arasında görüş və ya telefon danışığı ilə bağlı konkret razılaşmalar hələlik açıqlanmayıb.

Ukraynanın tələbləri

Kiyevdə Trampın təşəbbüslərinə ehtiyatla yanaşılır. Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın ABŞ və Rusiya arasında danışıqlardan kənarlaşdırıla biləcəyindən narahat olduğunu bildirib. O, "Associated Press" agentliyinə müsahibəsində vurğulayıb ki, Kiyev və Vaşinqton arasında birbaşa müzakirələr son dərəcə vacibdir. O əlavə edib ki, danışıqlarda təkcə Ukrayna deyil, ola bilsin, Avropa İttifaqı da iştirak etməlidir.

Ukrayna liderinin sözlərinə görə, onun ABŞ prezidenti ilə görüşü zəruridir. Zelenski qeyd edib ki, "Avropada hamı bunu istəyir".

"Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən istərdim ki, Amerika Birləşmiş Ştatları, Ukrayna və ruslar danışıqlar masası arxasında otursunlar... Açığı, Avropa İttifaqının da səsi orada olmalıdır. Düşünürəm ki, bu, ədalətli və effektiv olardı", - deyə Zelenski bildirib.

Trampın Sülh Planı sızdırılır

Ötən həftə Ukraynanın "Strana.ua" nəşri Tramp administrasiyasının münaqişəyə son qoymaq üçün nəzərdə tutulan "100 günlük plan"ını dərc edib. Plana üç əsas şərt daxildir: Ukraynanın NATO-ya üzv olmaq istəklərindən əl çəkməsi, saziş imzalandıqdan sonra üç il ərzində Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi və aprelin 20-dək bütün Ukrayna ərazisində atəşkəs, ardınca isə bəzi bölgələrdən qoşunların çıxarılması.

Zelenski bu təkliflərin bəzilərini dəstəklədiyini bildirib. Plan həmçinin aprelin sonunda beynəlxalq sülh konfransının və 2025-ci ilin avqust və oktyabrında Ukraynada seçkilərin keçirilməsini nəzərdə tutur.

Tramp Putinlə söhbətindən sonra "əhəmiyyətli" nəticələrə ümid etdiyini bildirib və vurğulayıb ki, ABŞ Moskva ilə münaqişəyə son qoymaq üçün "ciddi müzakirələr" aparır. Lakin o, bu müzakirələrin təfərrüatlarını açıqlamayıb.

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Fox-a deyib ki, Trampın komandası hərbi əməliyyatları dayandırmaq və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlamaq üçün etibarlı plana malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri