Icma.az
close
up
RU
Tramp Moskvanın mövqeyindən çıxış edir

Tramp Moskvanın mövqeyindən çıxış edir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi və Vaşinqtonun Kiyevə münasibəti beynəlxalq siyasi müstəvidə ciddi böhrana yol açıb. Ukraynanın cəbhədə müəyyən uğurlar əldə etməsi, eləcə də Rusiyanın strateji obyektlərinə endirilən zərbələr Kiyevin mövqelərini gücləndirirdi. Lakin Donald Trampın Vladimir Putinlə telefon danışığından və onun yaxın ətrafının Moskva ilə təmaslarından sonra Ukrayna ilə bağlı siyasətində dəyişikliklərin baş verdi. Bu isə ABŞ-ın Kiyevə hərbi və kəşfiyyat dəstəyinin məhdudlaşdırılmasına səbəb olub. D. Trampın kürəkəni Kuşner və dostu Uitkofun Moskvaya səfərindən sonra iki lider arasında yeni dostluğun əsasını qoydular.
Göründüyü kimi, Donald Trampın Vladimir Putinə münasibətdə nümayiş etdirdiyi müsbət yanaşma və Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt ritorikası Vaşinqtonun müharibəyə dair mövqeyini Kremlin maraqlarına uyğun dəyişib. ABŞ Ukraynaya dəstəyini azaldaraq Rusiyanın irəli sürdüyü şərtlərə üstünlük verib, bu, Vaşinqtonun neytral vasitəçi mövqeyindən uzaqlaşması və faktiki olaraq Moskvanın maraqlarına uyğun siyasət yürüdür.
Donald Tramp administrasiyasının bu siyasəti ABŞ-ın həm beynəlxalq nüfuzuna, həm də daxili siyasi vəziyyətinə mənfi təsir göstərməkdədir. Xüsusilə noyabr ayında keçiriləcək aralıq Konqres seçkilərində Respublikaçılar Partiyasının mövqelərinin zəifləməsi istisna deyil. Demokratların Konqresdə üstünlük əldə etməsi Tramp administrasiyasına qarşı siyasi təzyiqi artıra, impiçment təşəbbüsləri ətrafında müzakirələri yenidən gücləndirə bilər. Bununla belə, impiçment prosesinin başlanması və nəticəsi siyasi qüvvələr arasındakı balansdan asılı olacaq.
Avropada da Ukraynaya dəstəyin gələcəyi ilə bağlı müəyyən narahatlıqlar mövcuddur. Almaniyada Almaniya üçün Alternativ Partiyasının (AfD), Fransada isə Marin Le Penin rəhbərlik etdiyi siyasi düşərgənin mövqelərinin güclənməsi Avropanın Ukrayna siyasətinə təsir göstərə bilər. Bu qüvvələrin bir sıra xarici siyasət məsələlərində tutduğu mövqelər Kiyevə yardımın həcminin və formasının dəyişməsi ehtimalını artırır. Beləliklə, ABŞ-da Tramp administrasiyasının yanaşması ilə Avropadakı bəzi siyasi qüvvələrin mövqeləri arasında müəyyən oxşarlıqlar yaranıb.
Rusiya da Avropadakı siyasi proseslərə təsir göstərməyə çalışır. Moskvanın ayrı-ayrı Avropa ölkələrində Rusiyaya daha yaxın mövqe tutan siyasi qüvvələrə maliyyə və informasiya dəstəyi verməsi ilə bağlı iddialar uzun müddətdir müzakirə olunur. Sosial şəbəkələrdə dezinformasiya kampaniyaları və digər hibrid təsir vasitələri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Belə fəaliyyətlərin miqyası və konkret siyasi nəticələrə təsiri isə hər bir halda kəşfiyyatla sübut olunur.
Bütün bunlara baxmayaraq, Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirəcək. Kiyevin gələcək imkanları yalnız cəbhədəki vəziyyətdən deyil, həm də Avropa dövlətlərinin siyasi iradəsindən, hərbi sənaye potensialından və ABŞ-la münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq. Avropa liderlərinin Ukraynaya dəstəyi davam etdirməsi bu baxımdan həlledici əhəmiyyət daşıyır.
Əgər Respublikaçılar Partiyası noyabr seçkilərində ciddi siyasi itkilərlə üzləşərsə və demokratlar Konqresdə üstünlük əldə edərlərsə, Tramp administrasiyasının Ukrayna siyasətinə qarşı daxili siyasi müqavimət arta bilər.
Əsas məsələ ondan ibarətdir ki, Ukraynanın gələcəyini müəyyən edən istənilən razılaşma ölkənin suverenliyini və təhlükəsizlik maraqlarını nəzərə almalıdır. Kiyevə təzyiq göstərilərək onun ərazi güzəştlərinə məcbur edilməsi Avropada uzunmüddətli təhlükəsizlik böhranını daha da dərinləşdirə bilər.
Hazırkı proseslər Vladimir Putinə ABŞ ilə Avropa arasında strateji fikir ayrılıqlarını dərinləşdirmək üçün əlavə imkanlar yaradır. Vaşinqtonun Ukraynaya dəstəyini azaltması isə Avropanı daha müstəqil müdafiə siyasəti yürütməyə sövq edir. Nəticədə transatlantik münasibətlərdə etimad böhranı güclənə və ABŞ-ın müttəfiqləri qarşısında etibarlı tərəfdaş imici zərər görə bilər.
Vaşinqtonun atacağı addımlar təkcə Ukrayna müharibəsinin gedişinə deyil, həm də Avropanın təhlükəsizlik arxitekturasına və ABŞ-ın beynəlxalq liderlik mövqeyinə uzunmüddətli təsir göstərə bilər.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini Daha az göstər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Oktyabr 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri