Tramp Müdafiə İstehsalı Qanununu işə saldı
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə qabiliyyətini gücləndirmək, yerli neft hasilatını, emalını və logistika imkanlarını artırmaq məqsədilə Müdafiə İstehsalı Qanunundan istifadə edib.
Turkustan.az xəbər verir ki, Ağ Evin yaydığı qərar mətninə əsasən, Tramp 2025-ci il yanvarın 20-də elan etdiyi “Milli Enerji Fövqəladə Halları” sərəncamı çərçivəsində yeni addım atıb.
Tramp ölkənin müdafiə hazırlığı üçün dayanıqlı daxili neft hasilatı, emalı və logistika imkanlarının vacib olduğunu vurğulayıb. O bildirib ki, təcili federal tədbirlər görülmədiyi təqdirdə, ABŞ-ın müdafiə imkanları xarici təhdidlər qarşısında həssas vəziyyətə düşə bilər.
1950-ci il tarixli Müdafiə İstehsalı Qanununun 303-cü maddəsinə əsaslanan qərarda yerli neft kəşfiyyatı və hasilatı, eləcə də neft emalı və logistika imkanları “milli müdafiə üçün vacib sənaye resursları” kimi müəyyən edilib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 23 Oktyabr 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















