Icma.az
close
up
RU
Tramp müharibə tərəfini seçdi: Gözlənilməz gediş

Tramp müharibə tərəfini seçdi: Gözlənilməz gediş

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yenidən Ukrayna lideri Volodimir Zelenskidən Rusiya tərəfindən işğal olunmuş torpaqlardan imtina etməsini istəyib. 

Belə ki, ABŞ administrasiyası Zelenskinin noyabrın 27-də qeyd olunacaq Şükranlıq günündən əvvəl Vaşinqton tərəfindən hazırlanmış sülh planını qəbul etməsini gözləyir. Amerika rəsmiləri dekabrın əvvəlinə qədər münaqişənin həlli prosesini başa çatdırmaq üçün sülh müqaviləsini Moskvada təqdim etməyi planlaşdırırlar. 

Qeyd edək ki, ABŞ-nin 28 maddəlik sülh planınına əsasən, Krım, Luqansk və Donetsk Rusiya əraziləri kimi tanınmalı, Kiyev qoşunlarını Donetsk vilayətinin işğal olunmamış hissəsindən çıxarmalı, Zaporojye və Xerson vilayətlərində isə tərəflərin təmas xətti boyunca hərbi əməliyyatları dondurmalıdırlar. 

Üstəlik, Ukrayna NATO-ya qoşulmaqdan imtina etməsini konstitusiyasında təsbit edəcək, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 600000 nəfərlə məhdudlaşdıracaq və NATO qoşunlarının ölkədə yerləşdirilməsini qadağan edəcək. Bundan başqa, Rusiyaya qarşı sanksiyaların da tədricən aradan qaldırılması nəzərdə tutulur. 

Plana əsasən, Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti alacaq, Moskva isə Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini qanunla təsdiqləyəcək. Müqavilə imzalandıqdan 100 gün sonra isə Ukraynada prezident seçkilərinin keçirilməsi planlaşdırılır. 

Maraqlıdır, Zelenski bu planı qəbul edəcək? Bütün bunlar Trampın artıq tərəfini seçdiyini göstərir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Tramp administrasiyasının Zelenskiyə Rusiyanın şərtlərini qəbul etməklə bağlı təkidi Vaşinqtonun münaqişəyə baxışında ciddi və strateji xətt dəyişikliyinin göstəricisidir: 

“ABŞ liderinin təqdim etdiyi model Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya torpağı kimi tanımasını, ordunun sayının məhdudlaşdırılmasını və faktiki olaraq təhlükəsizlik imkanlarının ciddi şəkildə zəiflədilməsini nəzərdə tutur. Yəni Tramp Kiyevdən yalnız kompromis deyil, dövlət suverenliyinin mühüm hissəsinin rəsmən itirilməsini istəyir. 

Bu yanaşmanın arxasında bir neçə mühüm siyasi motiv dayanır. Tramp ABŞ-nin iki cəbhədə - həm Rusiyaya, həm Çinlə rəqabətə eyni vaxtda davam gətirə bilməyəcəyini düşünür və Moskva ilə “uzunmüddətli sakitlik” yaratmağa çalışır. Onun fikrincə, Rusiya ilə qarşıdurma bağlanarsa, Vaşinqton bütün resurslarını Çinə yönəldə bilər”. 

Ekspert qeyd edib ki, Trampın dünyagörüşündə müttəfiqlərin maraqları ABŞ-nin strateji prioritetlərinin arxasında qalır: 

“O, Ukraynanı qlobal siyasətdə alver predmeti kimi görür və bu münaqişəni ABŞ-Rusiya münasibətlərinin yenidən tənzimlənməsi üçün vasitə hesab edir. Bu isə Kiyev üçün son dərəcə təhlükəli yanaşmadır, çünki Ukrayna faktiki olaraq masada iştirak edən yox, masada müzakirə olunan tərəfə çevrilir”. 

Züriyə Qarayevanın sözlərinə görə, Tramp nə Ukraynanın, nə də Rusiyanın tərəfindədir: 

“Tramp öz siyasi Qərb çevrəsinin deyil, ABŞ-nin geosiyasi maraqlarının unutduğu bir istiqamətdə yerləşir. O, ABŞ-nin yükünü azaltmaq, məsuliyyəti Avropaya ötürmək və Moskva ilə kəskin qarşıdurmanı yumşaltmaq istəyir. Lakin praktiki nəticə ondan ibarətdir ki, bu yanaşma ilk növbədə Rusiyanın xeyrinə işləyir və Kremlə strateji üstünlük verir. 

Bu baxımdan, Trampın mövqeyi həm Ukrayna üçün ciddi təzyiq, həm də Rusiya üçün diplomatik dividend hesab oluna bilər. ABŞ siyasətində administrasiya dəyişdikcə, prioritetlərin tam fərqli istiqamətlərə yönəlməsi isə münaqişənin qeyri-sabit xarakterini daha da gücləndirir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: ABŞ Rusiya Ukrayna

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri