Tramp neft qiymətlərinin aşağı salınmasına nail olmaq niyyətindədir
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcəyini açıqlayıb.
“Report” xəbər verir ki, Trampın fikrincə, neftin qiymətinin aşağı salınması Ukrayna müharibəsi məsələsində Rusiyaya təzyiq vasitəsidir.
“Neftin qiyməti aşağı düşsə, Rusiya və Ukrayna arasındakı müharibə dərhal başa çatacaq”, - ABŞ Prezidenti Davosda Dünya İqtisadi Forumunun iştirakçıları ilə videobağlantı vasitəsilə danışarkən deyib.
Bundan başqa, o, Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağa hazır olması barədə xəbərləri də xatırladıb.
Bununla bağlı Tramp əlavə edib ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandan bu məbləği 1 trilyon dollara çatdırmağı xahiş etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 23 Yanvar 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















