Icma.az
close
up
RU
Tramp nefti ucuzlaşdırarsa: Dünyanı, Azərbaycanı və manatı nə gözləyir? MÜSAHİBƏ

Tramp nefti ucuzlaşdırarsa: Dünyanı, Azərbaycanı və manatı nə gözləyir? MÜSAHİBƏ

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donal Tramp vəzifəsinin icrasına başlay-başlamaz dünyada neft qiymətlərini ucuzlaşdıracağı ilə bağlı müxtəlif fikirlər səsləndirdi. 

Artıq dünya birjaları Trampın bu bəyanatına reaksiya verməyə başlayıb. Bu günlərdə neftin dünya bazarındakı qiymətlərində cuzi də olsa, ucuzlaşmalar müşahidə olunur.

Bəs Tramp bunu edərsə, yəni neft ucuzlaşarsa, neft ixrac edən ölkələrə bu necə təsir edəcək?

Dünya bazarında nefti nələr gözləyir?

Bu və digər suallarla bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) sədri Natiq Cəfərli “Cebheinfo.az”a danışıb.

- Natiq bəy, Trampın nefti ucuzlaşdıracağı ilə bağlı bəyanatlarının qlobal neft bazarına təsiri necə olacaq?

- Əslinində Trampın bəyanatları neft bazarına artıq təsir edib. Trampın inaqurasiyasından sonra neftin qiyməti təxminən 5 dollar aşağı düşüb. Ona qədər 82 dollardan yuxarı olan neft qiymətləri ötən gündən 78 dollara enib.

Yəni Trampın dedikləri bazara təsir edəcək, amma bu o demək deyil ki, qısa müddətdə ciddi ucuzlaşma olacaq. Amma bazarda bir gözlənti formalaşdı ki, neft qiymətləri ucuzlaşacaq. Trampın bazara əsas təsiri də məhz bundan ibarətdir.

- Neftin ucuzlaşmasının neft ixrac edən ölkələrə nə kimi təsiri olacaq?

- Bu təsirlər ölkədən ölkəyə dəyişir. Amma istənilən halda neftdən asılı ölkələrin valyuta gəlirlərinə ciddi mənfi təsir edəcək. Məsələn, Səudiyyə Ərəbistanında neftin maya dəyəri 9 dollardır, Kanadada isə bu rəqəm 45 dollardan yuxarıdır. 

Neftin ucuzlaşmasının bu iki ölkəyə təsiri də fərqlidir. Amma neftin ucuzlaşması təbii olaraq neft istehsal edən ölkələrin valyuta gəlirinə təsir edəcək. 

- Belə bir fikir səslənir ki, ABŞ neftin 45 dollar olmasının tərəfdarıdır. Amma beynəlxalq institutların 2025-ci il proqnozuna görə, neft qiymətləri 70-80 dollar olacaq. Sizcə Trampa rəğmən bu proqnozlar özünü doğruldacaqmı?

- Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatların bir özəlliyi var ki, 2-3 aydan bir proqnozlarını yeniləyir. Elə proqnozu hamımız verə bilərik, çünki tez-tez dəyişirlər. Düşünürəm ki, martadək hesabatda həmin beynəlxalq qurumlar artıq proqnozlarında dəyişikliklərə gedəcəklər. Biz bunu ötən dövrlərdə də görümüşük. 

- Neft kəskin ucuzlaşarsa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

- Bu, Azərbaycana ən çox toxunan məsələlərdən biri olacaq. Azərbaycan o ölkələr sırasındadır ki, neftdən böyük ölçüdə asılıdır. 2024-cü ilin son məlumatlarına baxsaq, görərik ki, ixracatımızın 88 faizini neft və neft məhsulları təşkil edib. Bu da kifayət qədər yüksək göstəricidir.

Bu baxmdan neftin ucuzlaşmasının təbii ki, Azərbaycana təsiri olacaq. Hələlik gündəlik neft qiymətlərinin dəyişikliyi yox, orta aylıq, orta rüblük, orta yarımillik və orta illik qiymətlərə fikir vermək lazım gələcək. Ötən ayın orta qiyməti 83 dollar olub, yanvar ayında isə orta qiymət 80 dollar olub. 

Hələlik qiymətlər yüksəkdir. Bu nə vaxta qədər davam edəcək, ona baxmaq lazımdır. Neftin dövlət büdcəsində qiyməti 70 dolla götürülüb. Bu bizim üçün strateji səviyyədir. Əgər qiymət 70 dollardan aşağı düşərsə, uzun zaman da aşağı qiymətdə qalarsa, bu, Azərbaycana əlavə problemlər yaradacaq. 

- Bəs manatın taleyi necə olacaq?

- Manatın taleyi inzibati tənzimləmədən daha çox asılıdır. Neft qiymətlərinin manata dolayı təsirləri var, amma bizdə əsas inzibati tənzimləmə mexanizmidir. 

Ona görə də manatın taleyi hökumətin və Mərkəzi Bankın verəcəyi qərardan daha çox asılı olacaq. 

- Neftin ucuzlaşmasının təsirindən yayınmaq üçün hansı addımları atmağa ehtiyac var?

- Neftdən asılılıq Azərbaycanda təəssüf ki, yüksək olduğundan uzun illər öncədən bununla bağlı ciddi proqramlara ehtiyac vardı. İndi də sehirli çubuq yoxdur ki, bir-iki ilə vəziyyəti kökündən dəyişmək mümkün olsun. Amma ən azından çalışmalıyıq ki, qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq inkişaf etsin. Eyni zamanda, yeni qazanc mənbələri yaradılması lazımdır ki, bu logistika, neft emalı, kənd təsərrüfatı sahələri ola bilər. Bütün bunlar görüləməli işlərdir. 

Əsas məsələ odur ki, Azərbaycan hökuməti bu illərə qədər olan konfort zonadan çıxmalıdır və qaçılmaz olan yeni vergi və gömrük qanunu hazırlayıb qəbul etməlidir. Azərbaycanda iqtisadiyyatı yenidən canlandırmaq üçün yeni vergi və gömrük strategiyasına ehtiyac var. Ona görə də Azərbaycan hökuməti konfort zonadan çıxıb daha ciddi işləməyi öyrənməlidir.

-Natiq bəy, bəs ABŞ niyə ucuz neftdə maraqlıdır?

- ABŞ-nin ucuz neftdə maraqlı olmasının bir neçə səbəbi var.

 Birincisi, Tramp administrasiyası düşünür ki, ucuz neft Rusiyaya ciddi təsir göstərəcək. Bu əslində Trampın deyil, ABŞ-nin 40-cı prezidenti olmuş Ronald Reyqanın icadıdır. 1980-ci illərin əvvəlində Reyqan eyni üsulla SSRİ iqtisadiyyatının xeyli dərəcədə zəifləməsinə təkan verdi. Nəticə etibarı ilə SSRİ-nin dağılma səbəblərindən biri məhz ucuz neft qiymətləri oldu. Bunu da unutmaq lazım deyil. 

İkincisi, Tramp söz verib ki, ABŞ-də inflyasiyanı aşağı salacaq. Amerika avtomobil, benzin ölkəsidir. Ona görə də neftin ucuzlaşması yanacağa da təsir göstərir. Yanacağın ucuzlaşması isə inflyasiyanı xeyli dərəcədə aşağı salır. 

Hesab edirəm ki, Trampın bu addımları həm də seçki kampaniyasında verdiyi vədlərin həyata keçməsinə xidmət edəcək.

Vilayət Muxtar
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri