Tramp neftin qiymətini salır İlin sonunda manatı nə gözləyir?
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Dünya bazarlarında neftin qiymətlərində baş verən qeyri-sabitlik fonunda, cəmiyyətdə manatın məzənnəsi ilə bağlı verilən suallar da çoxalır. İnsanlarımız 2015-ci ildə neftin qiymətlərinin kəskin ucuzlaşması nəticəsində bir il ərzində manatın məzənnəsində baş vermiş iki devalvasiya dalğasının hansı fəsadlar törətdiyini unutmayıblar".
Bunu Demokrat.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp dünya bazarlarında neftin qiymətlərinin kəskin ucuzlaşması üçün səylərini ortaya qoyacağını dəfələrlə bəyan edib:
“Onun hakimiyyət kürsüsünə oturduğu 4 aydan bir qədər artıq vaxtda, neftin dünya bazarlarındakı qiymətləri 16 dollar ucuzlaşaraq, bir barel üçün 80 dollardan bu gün 64 dollar səviyyəsinə qədər azalıb. Dörd ay ərzində qiymətlərdə 20% azalma, iqtisadiyyatı neftlə bağlı olan ölkələr üçün ciddi siqnaldır.Unutmayaq ki, Trampın neft qiymətlərinin aşağı salınması yolunda Səudiyyə Ərəbistanı ilə əldə etdiyi razılıq, qiymətlərin təqribən 40-45 dollar səviyyəsinə endirilməsini hədəfləyir. O halda vəziyyətin indikindən də mürəkkəb olacağı qaçılmazdır”.
Fikrət Yusifov qeyd edib ki, yaxın aylarda neftin qiymətlərində Trampın hədəflədiyi səviyyə – yəni qiymətlərin bir barel üçün 40-45 dollara endirilməsi belə baş versə, bu ilin sonuna qədər manatın məzənnəsində hər hansı bir dəyişikliyin baş verməsi bir o qədər də inandırıcı deyil:

“Əgər neftin qiymətləri uzun müddət aşağı səviyyədə qalarsa, o halda artıq manatın məzənnəsində müəyyən yumşalmalara getmək qaçılmaz olacaq. Hökumət və Mərkəzi Bank bu ssenariyə tam hazır olmalı və indidən həmin ssenari üzrə qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində addımlar atmalıdırlar”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Gələn ilin manatı nə gözləyir? EKSPERT
05 Noyabr 2025 00:52
Dolları ilin sonunda nə gözləyir? Mühüm PROQNOZ
22 Sentyabr 2025 18:14
İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)
27 May 2025 19:53
Tramp gəldi, dollar YÜKSƏLDİ Manatı nə GÖZLƏYİR?
07 Noyabr 2024 13:20
Sberbank ilin sonunda faiz dərəcəsini 14% gözləyir
04 Sentyabr 2025 08:32
Baxış sayı:97
Bu xəbər 27 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları