Icma.az
close
up
RU
Tramp nəhayət başa düşüb ki, ruslar onu axmaq hesab edir Britaniyalı polkovnik

Tramp nəhayət başa düşüb ki, ruslar onu axmaq hesab edir Britaniyalı polkovnik

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp görünür, nəhayət, Rusiya lideri Vladimir Putinin onu axmaq yerinə qoyduğunu anlayıb. Bu qənaətə Trampın bazar günü sosial şəbəkələrdəki qəzəbli çıxışları əsas verir. 

Qaynarinfo xəbər verir ki, belə bir fikir "The Telegraph” üçün yazdığı məqalədə Britaniya ordusunun istefada olan polkovniki, NATO-nun kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı sürətli reaksiya qüvvələrinin keçmiş komandanı Hemiş de Bretton-Qordon tərəfindən səsləndirilib.

Tramp bildirib ki, Putinin etdikləri onun xoşuna gəlmir və onu "tamamilə dəli" adlandırıb. Kremlin sözçüsü Dmitri Peskov isə cavabında vəziyyəti daha da qızışdıraraq, Trampın "emosional gərginlikdən" əziyyət çəkdiyini söyləyib.

"Tramp nəhayət, anlayıb ki, ruslar onu axmaq hesab edirlər. İndi artıq onu açıq şəkildə təhrik edirlər və Tramp da gecikmiş olsa da, nə baş verdiyini dərk edib. ABŞ prezidenti gec də olsa anlayıb ki, 'pis uşaqlar' Kiyevdə və Avropanın digər paytaxtlarında deyil, Moskvadadır”, – deyə Bretton-Qordon qeyd edir.

O hesab edir ki, Moskva Trampın lovğalığını və eqosunu düzgün qiymətləndirməyərək böyük səhv edib və bu, Putinin peşman olacağı bir səhv ola bilər. İndi isə ümid yaranıb ki, Tramp Rusiyanı ən çox incidəcək nöqtədən zərbə vurmaq qərarına gələ bilər.

"Rusiyanın ona göstərdiyi açıq hörmətsizlik Trampı qəzəbləndirib və o, sanksiya düyməsinə basaraq Moskvanı əsas gəlir mənbəyindən – neftdən – məhrum edə bilər. Bu isə Rusiya ordusunun və çökən iqtisadiyyatının ayaqda qalmasını mümkünsüz edəcək”, – deyə polkovnik bildirib.

Bretton-Qordon qeyd edir ki, Rusiya iqtisadiyyatı hazırda son dərəcə təhlükəli vəziyyətdədir. Tank istehsalı istisna olmaqla, digər bütün sahələrdə tənəzzül var – lakin tank istehsalı da müharibə itkilərini kompensasiya etmək üçün yetərli deyil.

"Əgər Səudiyyə Ərəbistanı və ABŞ-ın neftin qiymətini 50 dollardan aşağı salmaq təhdidləri gerçəkləşsə, Rusiyanın hərbi maşını yalnız bu ilin sonuna qədər dayanacaq”, – deyə o əlavə edib.

Polkovnikin fikrincə, bu yanaşma Putinlə danışıqlardan daha real sülh imkanı təqdim edir.

"The Wall Street Journal” mənbələrə istinadla bildirib ki, ABŞ prezidenti Donald Tramp bu həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi nəzərdən keçirir. Bu məhdudiyyətlərin yeni bank sanksiyalarını əhatə etməsi gözlənilmir, lakin Putinə təzyiq göstərmək üçün başqa variantlar, o cümlədən 30 günlük atəşkəs təşəbbüsü müzakirə olunur.

Eyni zamanda, əgər bu sonuncu diplomatik cəhd nəticə verməzsə, Tramp sülh danışıqlarından imtina etməyi də düşünür.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri