Tramp Netanyahu arasında Livan qalmaqalı: Gərgin telefon danışığı...
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İddialara görə, ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Binyamin Netanyahu arasında Livanla atəşkəs danışıqları öncəsi gərgin telefon danışığı baş tutub.
Sherg.az xəbər verir ki, CNN-ə yaxın mənbələrin sözlərinə görə, söhbət zamanı tərəflər arasında ciddi fikir ayrılığı yaşanıb. Hətta Netanyahunun, Livanla danışıqlar aparılmazsa Trampın tək tərəfli atəşkəs elan edə biləcəyi mesajını anladığı iddia edilib.
Eyni mənbələrə görə, bu, liderlər arasında Livan mövzusu üzrə üçüncü telefon danışığı olub və İranla bağlı atəşkəs elanından əvvəl də əlavə bir əlaqə baş tutub.
Lakin İsrail Baş nazirinin ofisi iddiaları “yalan xəbər” adlandıraraq görüşün “dostyana” keçdiyini bildirib. Ağ Ev isə məsələ ilə bağlı şərh verməyib.
Netanyahu daha əvvəl Livanla birbaşa danışıqların başlanacağını açıqlamış, lakin daha sonra atəşkəs olmayacağını vurğulamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Aprel 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















