Tramp Netanyahunu qəbul edəcək İranla danışıqlar genişləndirilir
Sitat.info portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcək.
Sitat.info xəbər verir ki, görüş zamanı Netanyahu ABŞ-ın İranla apardığı danışıqların genişləndirilməsi məsələsini gündəmə gətirməyi planlaşdırır. İsrail baş nazirinin Vaşinqtonu Tehranın nüvə proqramı ilə yanaşı, raket arsenalına və digər təhlükəsizlik təhdidlərinə dair məhdudiyyətləri də müzakirələrə daxil etməyə çağıracağı gözlənilir.
Bu, Trampın prezidentliyə qayıdışından sonra,təxminən 13 ay ərzində Netanyahu ilə keçirilən yeddinci görüş olacaq. İsrail lideri ötən cümə günü Omanda keçirilmiş nüvə danışıqlarından sonra ABŞ-ın İranla aparacağı növbəti müzakirə mərhələsinə təsir göstərməyə çalışacaq.
Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda keçirilən bu görüşün regiondakı təhlükəsizlik balansına və ABŞ-İran münasibətlərinə necə təsir edəcəyi diqqətlə izlənilir.
Aytac,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















