Icma.az
close
up
RU
Tramp Netanyahunun həbsinə order verdiyinə görə BCM nə sanksiya tətbiq edib

Tramp Netanyahunun həbsinə order verdiyinə görə BCM nə sanksiya tətbiq edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya qarşı həbs qərarına görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edən prezident fərmanı imzalayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp yazılı açıqlamada BCM rəsmilərinə sanksiya tətbiq edən prezident fərmanını imzaladığını açıqlayıb.

Sözügedən fərmanla bağlı açıqlamasında Tramp BCM-nin Amerika və onun İsrail kimi yaxın müttəfiqlərini "əsassız və qeyri-qanuni" hədəf aldığını qeyd edib.

Qəzzada hərbi cinayətlər törətdiyinə görə Netanyahuya qarşı BCM-nin verdiyi həbs qərarını qəbul etmədiklərini bildirən Tramp: "BCM heç bir qanuni əsas olmadan bəzi müttəfiqlərinin, o cümlədən ABŞ və İsrailin personalı üzərində yurisdiksiyaya malik olduğunu iddia edib və ilkin araşdırmalar açıb; həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallantı hədəf alan əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib. Heç bir ölkə Roma Nizamnaməsinə və ya BCM-nin üzvü olmadığına görə, BCM-nin ABŞ və ya İsrail üzərində yurisdiksiyasına malik deyil", - deyə qeyd edib.

BCM-nin ABŞ və İsrail kimi yaxın müttəfiqlərini “hədəf”ini müdafiə edən Tramp, fərmanı ilə bu qurumun rəsmilərinə qarşı sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

Sözügedən fərman BCM rəsmilərinin Amerika vizaları almasına və ABŞ ilə maliyyə əməliyyatları aparmasına mane olacaq.

Beynəlxalq Cinayət Məhkəməsi ötən ilin noyabrında İsrailin baş naziri Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Gallantı İsrailin Qəzza zolağında törətdiyi hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə həbsə order verib.

ABŞ rəsmiləri sözügedən qərarı tanımadıqlarını, Konqresdəki bəzi Respublikaçı üzvləri isə BCM-yə sanksiya tətbiq etməyi təklif ediblər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri