Icma.az
close
up
RU
Tramp Netanyahuya görə “məyus olub”, məqsədlərini İsrailsiz həyata keçirəcək

Tramp Netanyahuya görə “məyus olub”, məqsədlərini İsrailsiz həyata keçirəcək

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya görə “məyusluq” hissi keçirdiyini bildirib və İsraili gözləmədən Yaxın Şərqdəki məqsədlərinə nail olmağa çalışacağını deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti prezidentə yaxın iki “yüksək vəzifəli mənbəyə” istinadən xəbər verir.

Qəzetin məlumatına görə, Tramp qapalı görüşlərdə Yaxın Şərqdə irəliləyişə nail olmaq istədiyini və bunun üçün artıq İsrailin qərarlarını gözləməyəcəyini bəyan edib.

Səudiyyə Ərəbistanı ilə əldə olunacaq sazişə toxunan Tramp bu razılaşmada İsrailin mərkəzi rol oynamasını istəyir. Lakin "Israel Hayom" qəzetindən Ariel Kahananın yazdığına görə, Netanyahu “zəruri qərarları qəbul etməyi təxirə salır”. Xatırladaq ki, Kahana ötən il Mar-a-Laqoda Trampdan müsahibə götürmüşdü.

Mənbələrin bildirdiyinə əsasən, Tramp hələ də Netanyahu və onun ətrafının addımlarından narazıdır. O, bu addımları ABŞ-ı İranın nüvə proqramına qarşı hərbi müdaxiləyə çəkmək cəhdi kimi qiymətləndirir.

İsrail rəsmiləri Trampın bu həftə verdiyi bəyanat – yəni ABŞ-ın Yəməndə husilərlə atəşkəsə nail olması və apreldə İranla nüvə danışıqlarına başlanması – qarşısında hazırlıqsız yaxalanıblar.

Husilərin atəşkəs elanından sonra Netanyahu və yüksək vəzifəli nazirlər son çıxışlarında İsrailin “özünü təkbaşına müdafiə edə biləcəyini” vurğulayıblar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri