Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Tramp administrasiyasının bəzi rəsmiləri ən gec oktyabr ayında İsraildə keçirilməsi gözlənilən seçkilərdən əvvəl müxalifət liderləri ilə qeyri-rəsmi əlaqə saxlamağa çalışır.
Axar.az xəbər verir ki, bu iddia ilə İsrailin “12-ci kanal”ı çıxış edib.
Bildirilib ki, Tramp administrasiyası əsasən baş nazir vəzifəsinə güclü namizədlər hesab edilən keçmiş baş nazir Naftali Bennet və keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotla təmasdadır.
Eyni zamanda, ABŞ rəsmilərinin Netanyahunun kabinetindəki ifrat sağçı fiqurlardan getdikcə daha çox narahat olduqları vurğulanıb.
Vaşinqtonun həmçinin İsrail hökumətinin Qəzza siyasəti səbəbindən beynəlxalq imicinin zədələnməsinin diplomatik proseslərə mane olmasından şikayətləndiyi də ifadə edilib.
Baxış sayı:128
Bu xəbər 20 İyun 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















