Tramp Nyu Yorkun yeni merinə kömək etməyə hazır olduğunu bildirib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdaniyə şəhərin çiçəklənməsi naminə kömək etməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu fikri Mayamidə biznes-forumunda çıxışı zamanı səsləndirib. “Baxarıq, kommunist Nyu-Yorkda nə edəcək. Baxarıq, bundan nə çıxacaq. Biz Nyu-Yorkun uğurlu olmasını istəyirik. Bəlkə, onlara bir az kömək edə bilərik”, - deyə o vurğulayıb.
Seçki ərəfəsində Tramp kommunist adlandırdığı Mamdaninin qalib gələcəyi təqdirdə “zəruri minimum istisna olmaqla” şəhərin federal maliyyəsini kəsəcəyini bildirmişdi. Onun sözlərinə görə, Mamdani qalib gəlsə, Nyu-York şəhəri “tam iqtisadi və sosial fəlakət”lə üzləşəcək.
Mamdani isə seçkilərdə qələbəsini elan etdikdən sonra ilk çıxışında deyib ki, onun rəhbərliyi ilə şəhər ABŞ Prezidentinə qarşı müqavimət mərkəzinə çevriləcək.
Qeyd edək ki, 34 yaşlı Mamdani 2026-cı il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq. O, Nyu-York şəhərinin ən gənc və ilk müsəlman meri olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 06 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















