Icma.az
close
up
RU
“Tramp o sualı çox yaxşı başa düşmüşdü” FOTO

“Tramp o sualı çox yaxşı başa düşmüşdü” FOTO

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Xoşqədəm Hidayətızı,

Əməkdar jurnalist 

İki gündür ABŞ-də imzalanan tarixi anlaşma bir kənarda qalıb, biz isə Trampa sual verən jurnalistin ingilis dili səviyyəsi və aksenti ilə məşğuluq. 

Tramp o sualı çox yaxşı başa düşdü. Sadəcə, hər zamankı kimi özünəməxsus cavabını verdi.

O jurnalist – Vüsalə Abbasova – illər öncə addımlarını yeni atan gənc bir jurnalist kimi mənim yanıma gəlmişdi. Mənim müəllifi olduğum "Sən Tək Deyilsən” layihəsində TV təcrübəsi olmadan, qısa müddətdə əzmi və çalışqanlığı ilə müxbir, prodüser, montajçı, redaktor oldu. 

Mənim kimi tələbkar bir insanın yanında işləyib tərif almaq hər adamın işi deyildi – amma o bacardı.

Daha sonra İstanbul Universitetində həm bakalavr, həm də magistratura təhsilini uğurla tamamladı. Ardınca PhD tələbəsi kimi ABŞ-ın nüfuzlu Yale Universitetinə getdi. 

Xatırlayıram, həmin vaxtlar onun üçün çox çətin idi — universitetin tələbə evində qalırdı. Maddi sıxıntılar, çətinliklər.

Hər gün mənə zəng edir, çətinliklərindən danışır, məsləhətlər alırdı. Mən hər zaman onun yanında idim, çünki inanırdım.

Bu inam boşa çıxmadı — o, BMT-dən ardıcıl 2 il təqaüd qazanan tələbə oldu. 

BMT Baş katibindən müsahibə alan ilk azərbaycanlı jurnalist, BMT Jurnalistlər Assosiasiyasının da yeganə azərbaycanlı üzvüdür.

Türkiyədə çalışdığı vaxt Ərdoğanın sevimli jurnalistlərindən biri oldu. 

Netanyahu, müxtəlif ölkə prezidentləri, baş nazirlər, beynəlxalq təşkilatların təmsilçiləri – onun müsahibə portfelindədir.

Vüsalə məcburi köçkün ailəsində doğulub, bu yerə səs-küysüz, "sponsor” olmadan, "dayı”ların kölgəsində yox, günəşin altında təkbaşına addımlayaraq gəlib. O, bacarıqlı, dürüst və dəyərlərinə bağlıdır. Mənəm-mənəmlikdən, eqodan, ambisiyadan uzaq, yaxşılığı unutmayan, etibarlı, sədaqətli və zəhmətkeş insanların yolu daim açıq olur.

Yolun daim açıq olsun, Vüsalə!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Avqust 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri