Icma.az
close
up
RU
Tramp: Ölüm hökmlərini qətiyyətlə icra etməyə davam edəcəyik

Tramp: Ölüm hökmlərini qətiyyətlə icra etməyə davam edəcəyik

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra federal ölüm hökmünü qətiyyətlə tətbiq etməyə davam edəcəyini bəyan edib. Tramp Baydenin ölüm hökmündə olan bəzi məhbusların cəzalarını yüngülləşdirmək qərarına reaksiya verib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, “Truth Social” sosial şəbəkəsində verdiyi açıqlamada Tramp Baydenin ölüm hökmündə olan 37 məhbusun cəzasını ömürlük həbslə əvəzləməsinin qəbuledilməz olduğunu bildirib və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu qeyd edib.

Tramp: “Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirib. Onların hər birinin törətdiyi cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu mənasız qərardır. Bu qərardan ölənlərin qohumları və yaxınları daha çox təsirlənir. Onlar bunun baş verdiyinə inana bilmirlər”, - deyə qeyd edib.

Seçilmiş prezident yeni vəzifəsinə başladıqdan sonra federal ölüm cəzası tətbiqlərini qətiyyətlə davam etdirəcəyini bildirib.

Ötən gün verdiyi açıqlama ilə ABŞ prezidenti Bayden edam hökmündə olan 40 federal məhbusdan 37-nin cəzalarını şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbslə əvəz edib. Bayden ölüm cəzasının tətbiqinə qarşı olduğunu vurğulayıb: “Mənim vicdanım yeni administrasiyanın dayandırdığım ölüm cəzasını yenidən başlatmasına icazə verməyəcək”, - deyə qərarı şərh edib.

Federal məhbuslar üçün ölüm hökmlərinin əleyhinə olduğunu bəyan edən Bayden, bu cəzaları müvəqqəti dayandırmaq üçün 2021-ci ildə moratorium elan edib. Donald Tramp seçki kampaniyası zamanı bildirib ki, narkotik və insan alverçiləri ölüm cəzası almalıdırlar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri