Tramp onları özünün varisləri adlandırdı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio gələcəkdə Donald Trampın ABŞ prezidenti postunda potensial varisləri ola bilərlər.
Modern.az xəbər verir ki, bu barədə president Tramp Ağ Evin Gül bağçasında polis işçiləri həftəsi münasibətilə təşkil olunan şam yeməyində danışıb.
O bildirib ki, hər iki siyasətçidən “arzu olunan komanda” alınardı. Bununla belə, Tramp bu fikri daha da inkişaf etdirməyib və əlavə təfərrüat verməyib.
“Bülleten üçün əla səslənir: Cey Di və Marko. Mükəmməl namizədlərdir. Yeri gəlmişkən, mən hesab edirəm ki, bu, arzu olunan komandadır, amma bəzi kiçik detallar var”, - deyə Tramp bildirib.
“Politico” qəzeti aprelin 24-də xəbər vermişdi ki, Ağ Evdə Marko Rubionun 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində potensial namizəd kimi irəli sürülməsi ciddi şəkildə nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 May 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















