Tramp onu ölümündən sonra təltif etdi Foto
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bu il sentyabrda sui-qəsd nəticəsində öldürülən gənc siyasi fəal Çarli Kirki ölümündən sonra Azadlıq Medalı ilə təltif edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə Ağ Evin həyətində keçirilən mərasim Çarli Kirkin doğum gününə həsr olunub.
Tədbirdə onun həyat yoldaşı Erika Kirk, vitse-prezident Ceyms Devid Vens, xəzinədarlıq katibi Skot Bessent, ticarət katibi Hovard Lutnik, baş prokuror Pam Bondi və müdafiə naziri Pit Heqset də iştirak ediblər.
Tramp çıxışı zamanı Kirki “əsl qəhrəman” adlandırıb və onun siyasi mübarizəsini yüksək dəyərləndirib.
Xatırladaq ki, 32 yaşlı Çarli Kirk 2025-ci il sentyabrın 10-da Utah Universitetində çıxışı zamanı silahlı hücum nəticəsində həyatını itirib. Kirk Trampın açıq tərəfdarlarından biri kimi tanınırdı.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















