Icma.az
close
up
RU
Tramp Panama kanalına iddia edir, ABŞ də bölünmə havası hakimdir... Kaliforniya əldən gedir?

Tramp Panama kanalına iddia edir, ABŞ də bölünmə havası hakimdir... Kaliforniya əldən gedir?

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni Dövlət katibi Marko Robio ilk xarici səfərinə Latın Amerikası ölkələrindən başlayıb. Dövlət Departamenti rəhbərinin ilk ziyarət etdiyi ölkə isə Panama olacaq. Digər tərəfdən, Donald Tramp hakimiyyətə gəldikdən sonra Panama kanalının ABŞ nəzarətinə keçməsi haqqında iddia qaldırılıb. 

Maraqlıdır, səfər zamanı nələr müzakirə edilə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Robionun səfərində əsas müzakirə məhz Panama kanalının gələcək taleyi olacaq:

“Eyni zamanda Çin-Panama münasibətləri də ABŞ-ni ciddi şəkildə narahat edir. Çin şirkətləri Panamada iki böyük limana nəzarət edir. Bu ölkədən Kostra-Rikaya uzanan dəmiryolunu çəkəcək Çinin məqsədi, Latın Amerikasında möhkəmlənməkdir. Tramp Panama kanalını ələ keçirməklə həm Çinin burda güclənməsinin qarşısını almaq, həm də ölkəyə miqrant axını prosesini durdurmağı hədəfləyir. Çünki ABŞ-yə ən çox miqrant axını məhz Panama kanalı vasitəsi ilə baş verir. Əgər Tramp admistirasiyası kanala nəzarəti bərpa edə bilməsə, seçkilərdə əsas vədi olan miqrant probleminin həll edilməsi yarımçıq qalacaq. Panama kanalının ələ keçirilməsi Tramp üçün ABŞ cəmiyyətinə yeni əraziləri ələ keçirməkdə stimul yaratmaq baxımından önəmlidir”.

Ekspert bildirdi ki, Donald Trampın ölkə ərazisini genişləndirmək fikirlərinə əks olaraq ABŞ-nin parçalanması da son günlərin ən çox müzakirə edilən mövzularından biridir:

“Bir müddət əvvəl ölkənin ən böyük ştatlarından biri olan Kaliforniyada müstəqillik barədə iddialar ortaya atılıb. “Kaliforniya Təşəbbüs Qrupu” qanunu şəkildə imza toplamaq üçün icazə alıb. Təşəbbüskarlar 2028-ci ildə ştatda ABŞ -yə qarşı etimasızlıq referendumu təşkil etməyi və  Kaliforniyanın müstəqilliyini elan etməyi düşünürlər. ABŞ-də zaman-zaman ştatlar bu cür fikrə düşür. Məsələn, Trampdan əvvəlki Prezident Co Baydenin dövründə Texas, Alyaska və Havay adaları ABŞ-dən ayrılmaq barədə təşəbbüs irəli sürmüşdülər. Ancaq Kaliforniya daha fərqli bir yerə sahibdir. İlk növbədə bu ştat dövlətçilik tarixinə malikdir. 14 iyun 1846-cı ildə Meksikadan birtərəfli olaraq müstəqilliyini elan edən Kaliforniya 7 iyulda ABŞ donanmasının Kaliforniya sahillərinə çıxması ilə qısa zamanda süqut edib. Bununla belə, Kaliforniya digər ştatlardan fərqli olaraq bayrağında “respublika” sözü yazılan tək ştatdır. Kaliforniya ölkənin ən yüksək ümumi daxili məhsul göstəricisi olan ştatıdır. Ştat ÜDM məsələsində Böyük Britaniya ilə demək olar ki, eynidir. Kaliforniya müstəqillik qazansa, dünyanın 10 ən böyük iqtisadiyyatından biri ola bilər. Yəni iqtisadi baxımdan ABŞ-dən ayrı olması mümkündür. Bu məsələ ABŞ-nin əsas rəqibləri Rusiya və Çinin, eləcə də son zamanlar gərginlik yaşadığı Danimarka, Kanada və həmçinin Avropa Birliyinin əlini gücləndirir.  Onlar Tramp admistirasiyasına qarşı məhz Kaliforniya kartından istifadə edə bilərlər. Ehtimal ki, münasibətlər gərginləşdikcə rəqibləri də ABŞ daxilindəki separatçı hərakatlara geniş şəkildə dəstək verəcəklər”.

Günay 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri