Tramp: “Patriot” raketləri Ukraynadan çox ABŞ a lazımdır
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bu sursatlara hazırda ABŞ-ın özünün daha çox ehtiyacı var”.
APA xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ukraynanın əlavə “Patriot” HHM sistemləri üçün raketlərlə bağlı müraciətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Vaşinqton öz hərbi ehtiyatlarını və ölkənin təhlükəsizliyini də nəzərə almaq məcburiyyətindədir.
Tramp vurğulayıb ki, ABŞ-da sursat istehsalı sürətlə artırılsa da, “Patriot”lar üçün raketlər də daxil olmaqla bəzi silah növlərinin ehtiyatları məhduddur. Bu vəziyyət həm Ukraynaya yardımın həcminə, həm də ABŞ-ın digər bölgələrdəki hərbi öhdəliklərinə təsir göstərir.
Bununla yanaşı, ABŞ administrasiyası Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün müxtəlif variantları müzakirə etməyə davam edir. Müzakirələrə “Patriot” sistemləri üçün raketlərin istehsalının gələcəkdə Ukraynada təşkil edilməsi və ya Almaniyada yekun yığılması kimi təkliflər də daxildir.
Lakin bu layihələrin reallaşmasının ən azı bir il çəkə biləcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 07 Avqust 2026 07:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















