Icma.az
close
up
RU
Tramp Pauel gərginliyi pik həddə: İnadcıl qatır və böyük səhv edən axmaq...

Tramp Pauel gərginliyi pik həddə: İnadcıl qatır və böyük səhv edən axmaq...

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauellə qarşı tənqidlərini davam etdirərək, onun faiz dərəcələrini aşağı salmaması səbəbilə ölkəyə böyük iqtisadi faydalar qazandıra bilmədiyini bildirib. Tramp bildirib ki, bir qələm zərbəsi ilə faizləri azalda və ölkəyə ildə 100 milyardlarla dollar qazandıra biləcək bir adam var, amma o, axmağın biridir.

Qaynarinfo xəbər verir ki, Tramp Pauellin yerinə faiz dərəcələrini azaldacaq yeni bir rəhbər təyin etmək istədiyini bildirib. O, mövcud səviyyədə faizləri qoruyacaq bir rəhbər istəmədiyini açıqlayıb.

Tramp bu açıqlamaları Oval Ofisdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən verib.

Kanada ilə ticarət danışıqlarını niyə dayandırdığı və hansı tarif nisbətləri tətbiq ediləcəyi ilə bağlı sualı cavablandıran Tramp bu sözləri deyib:

"Kanada üzərində iqtisadi baxımdan çox böyük gücümüz var. Bu gücü istifadə etməməyi seçərdim, amma Avropanı təqlid edərək texnologiya şirkətlərimizə qarşı çox pis bir şey - rəqəmsal xidmət vergisi təyin etdilər. Bu, nə Avropa, nə də Kanada üçün yaxşı olmayacaq. Bu addımla axmaqlıq etdilər. Buna görə də Kanada özünü düzəldənə qədər bütün danışıqları dayandıracağımızı bildirdim".

Kanadanın hansı addımı atarsa fikrinin dəyişə biləcəyi ilə bağlı suala cavab olaraq Tramp bildirib:

"Amerikalı şirkətlərə çox ağır vergi qoydular. Düşünürəm ki, bu vergini ləğv edə bilərlər. Ləğv edəcəklər, amma bu, mənim üçün fərq etməz. Bütün kartlar bizim əlimizdədir".

Avropa İttifaqının (Aİ) ABŞ-dan faydalanmaq məqsədilə qurulduğunu iddia edən Tramp, qurumun uzun illər ABŞ-a ədalətsiz münasibət sərgilədiyini, lakin onun sistemi başa düşdüyü üçün fərqli yanaşdığını deyib.

Tramp əlavə edib ki, Aİ 50 faiz gömrük vergisi təhdidindən sonra danışıqlara açıq oldu: "Mən bunu deyən kimi danışıqlar masasına gəldilər".

Prezident Aİ-nin ədalətsiz vergi siyasəti apardığını, ABŞ şirkətlərinə qarşı məhkəmə iddiaları qaldırdığını və cərimələr tətbiq etdiyini də bildirib:

"Bu cəza tədbirlərini ABŞ şirkətlərinə tətbiq etmələrini istəmirəm. Əgər hansısa şirkətə cərimə tətbiq ediləcəksə, bu, bizim tərəfimizdən olmalıdır. Aİ çox pisdir, bu aydındır, amma çox tezliklə bu qədər pis olmamağı öyrənəcəklər. Onlar bunun olacağını bilirlər"

FED rəhbəri Cerom Pauellə bağlı fikirlərini davam etdirən Tramp deyib: 

"İstefa verməsini çox istərdim, çünki dəhşətli iş gördü".

Prezident ölkədə inflyasiyanın azaldılması üçün mühüm addımlar atıldığını və demək olar ki, inflyasiyanın olmadığını deyib. Tramp Pauellə bağlı sərt tənqidlərini bu sözlərlə yekunlaşdırıb:

"Əlimizdə bir inadcıl qatır və böyük səhv edən axmaq bir adam var. Səhv edir və bu illərlə davam edir. Yerinə gələcək şəxs faizləri azaldacaq. Əgər kiminsə faizləri hazırkı səviyyədə saxlayacağını düşünsəm, onu təyin etməyəcəyəm. Faizləri azaltmaq istəyən birini gətirəcəyəm. Onlardan kənarda çox var".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri