Tramp Pentaqona Panama kanalının hərbi yolla ələ keçirilməsi planını hazırlamağı tapşırıb
Icma.az, Missiya.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp administrasiyası rəsmi olaraq Pentaqon rəsmilərindən Amerikanın Panama kanalına maneəsiz çıxışını təmin etmək üçün hərbi variantlar təqdim etməyi xahiş edib.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Mənbə tərəfindən əldə edilən sənədin nüsxəsinə görə, Müdafiə Departamentinin rəsmilərinə dərhal yerinə yetirmək tapşırığı verilən direktivlər arasında bu da var:
“ABŞ ordusunun Panama kanalına ədalətli və maneəsiz ticarət girişini təmin etmək üçün etibarlı hərbi variantlar təqdim edin”, - deyə vurğulanıb.
Qeyd olunub ki, kanalın geri qaytarılması üçün hərbi ssenarinin hazırlanması əmri çox güman ki, ciddi suallar doğuracaq. Hələ ötən həftə Panama Prezidenti Xose Raul Mulino Konqresdəki çıxışı zamanı Trampı yalan danışmaqda ittiham edib və o, ABŞ-nin Panama kanalını geri qaytarmağa başladığını bəyan edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Mart 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















