Icma.az
close
up
RU
“Tramp Pezeşkian görüşü baş tutacaq, amma ciddi nəticə verməyəcək...”

“Tramp Pezeşkian görüşü baş tutacaq, amma ciddi nəticə verməyəcək...”

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Bu görüş iki ölkənin yenidən yaxınlaşması üçün zəmin yaradacaq...”

"Amerika tərəfi Hörmüzün və Qırmızı dənizin nəzarətini İranın əlindən almaq fikrinə gəlməyəcək, çünki bu, ABŞ-ın iqtisadi marağında deyil..."

Siyasi analitik Tahir Cəfərli ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla mümkün görüşünü şərh edib.

T.Cəfərli Moderator.az-ın “ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olacağını bəyan edib. Sizcə, belə bir görüş baş tutacaqmı və baş tutarsa, nələrlə nəticələnə bilər?” sualını cavablandırarkən bildirib ki, belə bir görüşün keçirilməsi ehtimalı yüksəkdir.

Onun sözlərinə görə, görüş ABŞ-İran arasında sülh sazişinə gedən yolda ilk ciddi addımlardan biri ola bilər:

“BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində iki dövlət başçısının görüşəcəyi mümkündür. Qeyd etməliyik ki, bu, ABŞ-ın İranla sülh sazişi imzalamasına doğru atılacaq ilk tutarlı addım ola bilər. Digər tərəfdən, Donald Trampın BMT-dəki bu görüşünün əvvəlcədən planlaşdırılmış, konkret nəticəyə nail olmaq üçün çox ciddi gediş olacağı mümkündür”.

T.Cəfərli hesab edir ki, ABŞ prezidentlərinin xarici siyasətdə atdığı addımlar ölkənin siyasi və iqtisadi maraqları ilə sıx bağlıdır.

“ABŞ geo-siyasətindən elementar xəbəri olan insanlar yaxşı bilirlər ki, bu ölkənin prezidentlərinin atdığı hər siyasi addım konkret məqsəd güdür və birbaşa ABŞ iqtisadiyyatının maraqları ilə əlaqədardır”, - deyə o vurğulayıb.

Analitik ABŞ-İran müharibəsinin Tehranın regional imkanlarına təsir etdiyini bildirib:

“ABŞ-İran müharibəsi İranı orta dövlət səviyyəsinə qaldırıb. Odur ki, İranın əlində olan indiki imkanlar onu əhatə edən ölkələrdən siyasi davranış tələb etmək fürsəti yaradır. Son hadisələr göstərir ki, onun tələbini yerinə yetirməyən ölkələrə qarşı ciddi hərbi təzyiq göstərilir. Bütün bunlar bir tərəfdən İranı yüksəldir, digər tərəfdən isə bu ölkələri ABŞ-dan tam asılı vəziyyətə salır”.

Siyasi təhlilçi İran Prezidentinin sülhə hazır olduqlarına dair açıqlamalarının da Vaşinqtonu danışıqlara sövq edən amillərdən biri olduğunu qeyd edib:

“Pezeşkianın tez-tez "biz sülhə hazırıq" deməsi ABŞ-ı ciddi seçim qarşısında qoyur və Ağ Evi sülh danışıqlarına getməyə vadar edir. Odur ki, bu və digər amillər iki dövlət başçısı arasında görüşün baş tutacağına dəlalət edir...”

Görüşün mümkün nəticələrinə toxunan analitik konkret razılaşmanın əldə olunacağına skeptik yanaşır. Onun fikrincə, bunun əsas səbəblərindən biri ABŞ-ın iqtisadi maraqlarıdır.

“‘Bu görüşün nəticələri necə olacaq?’ sualı ortaya çıxır. Cavabında "Nəticəsiz qalacaq" desək, yanılmarıq. Çünki Hörmüzlə bağlı baş verənləri diqqətlə müşahidə etsək və məsələlərə ABŞ-ın iqtisadi maraqları prizmasından yanaşsaq, görərik ki, indiki vəziyyət ABŞ-ın dünya iqtisadiyyatını dollar çərçivəsinə qaytarmaq üçün həyata keçirdiyi geo-siyasi ssenariyə uyğun inkişaf edir...”

O, Qırmızı dənizdə husilərin fəaliyyəti ilə bağlı vəziyyətin də bu kontekstdə qiymətləndirilməli olduğunu bildirib:

“Husilərin də Qırmızı dənizi nəzarətə alması onu göstərir ki, Tramp heç nəyi dəyişmək fikrində olmaya bilər. Qərb qəzetlərinə sızan maraqlı bir faktı nəzərinizə çatdırıram: ‘Husilərin Qırmızı dənizi bağlamaları neftdən ABŞ büdcəsinə ikiqat gəlir gətirir’”.

T.Cəfərli hesab edir ki, mövcud vəziyyət ABŞ-ın Hörmüz boğazı və Qırmızı dənizlə bağlı siyasətinə təsir edən mühüm amillərdəndir:

“Bu və digər səbəblərdən hesab edirəm ki, Amerika tərəfi Hörmüzün və Qırmızı dənizin nəzarətini İranın əlindən almaq fikrinə gəlməyəcək, çünki bu, ABŞ-ın iqtisadi marağında deyil. Və dərinə getsək, görərik ki, ABŞ-ın xüsusi idarələri bu geo-siyasi ssenarini çoxdan hazırlayıblar və indi Tramp onu həyata keçirir. Məqsəd isə dünyanın bütün dövlətlərini özündən asılı vəziyyətə salmaq və onların yalnız Ağ Evin diktəsi ilə hərəkət etməsinə nail olmaqdır”.

Analitik sonda İranın “orta dövlət” statusuna keçməsini də bu proseslərlə əlaqələndirib. O, mümkün Tramp-Pezeşkian görüşünün iki ölkə arasında yenidən dialoq üçün zəmin yarada biləcəyini, lakin yaxın perspektivdə konkret nəticə gözləmədiyini vurğulayıb:

“İranın "orta dövlət" statusuna keçməsini də bununla əlaqələndirmək olar. Əlbəttə ki, bu görüş baş tutacaq və iki ölkənin yenidən yaxınlaşması üçün zəmin yaradacaq, ancaq hələlik tərəflər heç bir nəticəyə gəlməyəcəklər...”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Sentyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri