Tramp: Pompeo və Heyli yeni administrasiyaya dəvət edilməyəcəklər
Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seçilmiş prezident Donald Tramp bəyan edib ki, nə BMT-dəki keçmiş ABŞ səfiri Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu öz administrasiyasına dəvət etmək niyyətində deyil.
"Report" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib.
"Hazırda formalaşan administrasiyama nə keçmiş səfir Nikki Heylini, nə də keçmiş dövlət katibi Mayk Pompeonu dəvət etməyəcəyəm", – o, "Truth Social"da yazıb.
Həm Heyli, həm də Pompeo Donald Trampın ilk prezidentlik müddətində Amerika administrasiyasında işləyiblər.
Xatırladaq ki, respublikaçı Tramp noyabrın 5-də keçirilmiş prezident seçkilərində rəqibi – demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Konqresinin Senatını öz nəzarətlərinə götürə biliblər. Onlar həmçinin Nümayəndələr Palatasında çoxluq əldə edə bilərlər. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsini icra edir. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Noyabr 2024 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















