Tramp prezident kimi Ukraynadakı müharibə ilə bağlı ilk açıqlamalarını verib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, CNN-in verdiyi məlumata görə, o, prezidentliyə namizəd kimi Ukraynada müharibəni 24 saata bitirə biləcəyi ilə bağlı açıqlamalarını xatırladıb. Eyni zamanda Tramp bu məqsədə çatmaq üçün hələ yarım gün vaxtının olduğunu qeyd edib.
“Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında müharibə heç vaxt başlamamalı idi”, - deyə o qeyd edib.
ABŞ rezidenti, həmçinin danışıqların təşkilindən sonra Putinlə görüşməyi planlaşdırdığını bildirib. Eyni zamanda, onun sözlərinə görə, “proses artıq gedir”.
O, seçkilərdəki qələbəsini “Amerika Birləşmiş Ştatlarının qurtuluş günü” adlandırıb.
Çıxışında siyasətçi Ukraynadakı müharibədən bəhs etməsə də, ABŞ-ın digər ölkələrdə sülhün bərqərar olmasına töhfə verəcəyinə əmin edib. O, həmçinin Amerika astronavtlarını Marsa göndərəcəyini, kütləvi deportasiyalar aparacağını və Panama kanalına nəzarəti ələ keçirəcəyini vəd edib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, o, ən azı qısamüddətli perspektivdə Amerika Birləşmiş Ştatlarından Ukraynaya yardımın azaldılmasını gözləmir.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















