Tramp Putin görüşü bu hadisədən sonra təxirə salınıb Moskva Vaşinqtona rəsmi sənəd göndərib...
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ administrasiyası Prezident Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşü Moskvanın ABŞ tərəfinə Ukraynayla bağlı sərt tələblərini əks etdirən rəsmi sənəd göndərməsindən sonra ləğv edib. Həmin sənəd Rusiya Xarici İşlər Nazirliyi tərəfindən göndərilib və orada “münaqişənin köklü səbəblərinin aradan qaldırılması” tələb olunub.
Bu barədə “Financial Times” nəşri mənbələrə istinadla xəbər yayıb.
Məlumata görə, görüşün ləğvinə səbəb
sənəddə Kiyevdən ərazi güzəştləri, Ukrayna Silahlı Qüvvələrinin ixtisarı və ölkənin NATO-ya üzv olmayacağına dair zəmanət istəməsi olub. Bundan əlavə, Rusiya Donbas üzərində tam nəzarət hüququnun tanınmasında israr edib.
Moskvanın bu mövqeyi ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında baş tutan telefon danışıqlarında da müzakirə olunub. Danışıqlardan sonra Rubio Prezident Trampa Moskvanın kompromisə meylli görünmədiyini bildirib. Nəşrin mənbələrindən birinin sözlərinə görə, Tramp Rusiyanın tələblərindən “heç də təsirlənməyib”.
Donald Tramp oktyabrın 22-də Budapeşt görüşünün ləğv olunduğunu açıqlayıb: “Məncə, bu, doğru addım deyildi. Lazım olan nöqtəyə çatmayacaqdıq. Buna görə görüşü ləğv etdim. Amma gələcəkdə bunu həyata keçirəcəyik”.
Rusiya Prezidenti Vladimir Putin isə məsələni şərh edərkən bildirib ki, Tramp “daha çox görüşün təxirə salınmasından danışıb.” O, vurğulayıb ki, dialoq hər zaman qarşıdurma, mübahisə, xüsusilə də müharibədən daha yaxşıdır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 01 Noyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















