Icma.az
close
up
RU
Tramp Putin görüşü dəhşətli hərbi siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal soyuq savaş isə qaçılmazdır

Tramp Putin görüşü dəhşətli hərbi siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal soyuq savaş isə qaçılmazdır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Donald Trampın başlatdığı sülh prosesinin uğuru və ya uğursuzluğu yalnız Ukrayna savaşının deyil, həm də ABŞ və Qərbin geosiyasi birliyinin taleyini də müəyyən edəcək... Əgər, prezident Vladimir Putin Ağ Ev sahibini növbəti dəfə aldatsa və sülh prosesi iflasa uğrasa, bu, ABŞ və Qərblə Rusiya arasında yeni hərbi eskalasiyanın başlanğıcına çevriləcək

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının gələcək inkişaf istiqamətləri yenidən qeyri-müəyyən xarakter almağa başlayıb. Belə ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya atəşkəs üçün möhlət verməsindən sonra Kremldə panik durum yaşanır. Ona görə də, ABŞ-ın radikal sanksiyalarından yayınmaq istəyən prezident Vladimir Putin Ağ Ev sahibi Donald Tramp ilə görüşməyə hazır olduğunu bəyan edib. Və artıq ilkin məlumatlar onu göstərir ki, Kreml növbəti dəfə Rusiyanın maraqlarına uyğun şərtlərlə ABŞ liderinin qarşısına çıxmağa hazırlaşır.

Ona görə də, indi ABŞ-Rusiya-Ukrayna üçbucağında yeni siyasi-diplomatik oyunun başlandığını düşünmək olar. Çünki Kreml atəşkəs qarşılığında ABŞ-dan Rusiyaya qarşı bütün sanksiyaların ləğvi tələb etmək niyyətindədir. Və bu baxımdan, ülobal siyasət məkanında həm yeni, həm də çox ehtiyatlı addımlarla irəliləyən siyasi-diplomatik manevrlər müşahidə olunur.

Qərb mətbuatında yayılan məlumatlara görə, ABŞ Rusiya prezidenti Vladimir Putinə Ukraynada tam sülh yox, atəşkəs müqabilində bir sıra güzəştlər təklif edib. Bu güzəştlər yalnız iqtisadi deyil, həm də siyasi xarakter daşıyır. Həmin məlumatlarda vurğulanır ki, Rusiyadan yekun sülh sazişi olmadan savaşın dayandırılması istənir. Ağ Ev Kremlə Ukraynanın işğal olunmuş bölgələrinin tanınmasının 49 və yaxud 99 il müddətinə təxirə salınmasını təklif edir.

Digər tərəfdən, əgər, təklifləri qəbul edəcəyi təqdirdə, Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin böyük hissəsinin qaldırılması, xüsusilə neft və qaz ixracının bərpası vəd olunur. Ancaq Kremldə narahatlıq doğuran əsas məsələ odur ki, Ağ Evin təkliflərində Ukraynanın NATO-ya üzv qəbul olunmayacağına, eləcə də, rəsmi Kiyevə hərbi yardımların dayandırılacağına yönəlik hələlik heç bir zəmanət mövcud deyil. Və prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampla görüşdə bu kimi məqamları Rusiyanın xeyrinə çevirməyə cəhd göstərmək niyyətində olduğu iddia edilir.

Tramp-Putin görüşü ilə bağlı ilkin razılıq olduğu iddia edilsə də, onun baş tutub-tutmayacağı hələlik qeyri-müəyyəndir. Belə ki, ABŞ siyasi dairələrindən sızan məlumatlara görə, Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinlə görüş üçün Kremli məmnun etməyən əlavə şərt də irəli sürür. Ağ Ev sahibi hesab edir ki, sülh prosesinin uğur qazanması üçün Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə də birbaşa dialoqa razılıq verməlidir.

Maraqlıdır ki, bu, bir tərəfdən ABŞ-ın Ukraynanı sülh prosesindən kənarda qoymaq istəmədiyinin birbaşa mesajını kimi qəbul edilir. Digər tərəfdən isə hesab edilir ki, Ukrayna və Rusiya liderlərinin təmasları prezident Donald Trampa özünü “əsas vasitəçi” kimi təqdim edə bilməsi üçün vacibdir. Nəhayət, rəsmi Kiyev Rusiya ilə danışıqlarda ABŞ-la yanaşı, Ukraynanın daha etibarlı tərəfdaşları olan Avropa Birliyi ölkələrinin iştirakını da vacib hesab edir. Ukrayna prezidenti Volodimir Zelenski Almaniya kansleri Fredirix Merts ilə bu mövzuda müzakirələr aparıb. Və Almaniya kansleri Fredirix Merts Ukraynaya dəstəyini növbəti dəfə rəsmən təsdiqləyib.

Onu da qeyd etmək lazımdır ki, əslində, Ukraynanın Avropadakı əsas müttəfiqləri Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putinlə görüş keçirmək qərarından ciddi şəkildə məyus olublar. Avropa Birliyində hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp indiyə qədər Rusiya lideri Vladimir Putinə elə bir ciddi təzyiq göstərməyib. Bu, "qoca qitə"də, xüsusilə də Şərqi Avropa ölkələrində ciddi narahatlıq yaradır. Çünki Avropa Birliyində əmindirlər ki, sanksiyaların ləğvi Rusiyanın siyasi və hərbi mövqelərini gücləndirə bilər.

Digər tərəfdən, bəzi məlumatlara görə, rəsmi Kiyev də prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Tramp ilə Ukraynanın iştirakı olmadan atəşkəs barədə razılığa gələ biləcəyindən ciddi şəkildə narahatdır. Belə bir ssenari Rusiyaya həm siyasi-diplomatik, həm də hərbi üstünlük qazandıra bilər. Çünki Kreml Qərbin birbaşa danışıqlarda öz şərtlərini ciddi şəkildə yumşaltmaq məcburiyyətində qalacağından tamamilə əmindir.

Məsələ ondadır ki, ABŞ tərəfindən təklif edilən atəşkəs modeli əslində, yeni deyil. Belə ki, Ağ Ev Ukrayna savaşının tam həllini yox, dondurulmasını təklif edir. Bu, Rusiyaya işğal etdiyi ərazilərdə uzunmüddətli möhkəmlənmək imkanı verə bilər. Ukraynanı isə davamlı olaraq, iqtisadi və hərbi yardımlardan asılı vəziyyətdə saxlaya biləcək modeldir. Və ən əsası isə bu modelin zaman keçdikcə, Qərbdə Ukrayna mövzusu ilə bağlı siyasi yorğunluğu daha da artıra biləcəyi qətiyyən şübhə doğurmur.

Bütün bunları nəzərə aldıqda, yaxın gələcək üçün üç əsas ssenarinin daha aktual olduğunu düşünmək olar. “Dondurulmuş münaqişə” hazırda ən real ssenari kimi görünür. Yəni, hərbi əməliyyatlar dayanır, ancaq sülh anlaşması əlçatmaz qalır. Hazırda iqtisadiyyatı deqradasiya mərhələsi yaşayan Rusiya sanksiya yükünün böyük hissəsindən xilas olur. Ukrayna NATO üzvlüyü şansından uzaq qalır. Və Avropanın təhlükəsizlik arxitekturası ABŞ-ın siyasi iradəsinə daha çox bağlanır.

İkinci ssenari “sürətli kompromis” məzmunu daşımaqla, prezident Donald Trampın diplomatik qələbəsi anlamı daşıya bilər. Bu variantda Tramp–Putin görüşünün məhz Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə keçirilməsi qaçılmazdır. Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların qismən ləğvi və enerji ticarətinin bərpası qarşılığında atəşkəs razılaşması imzalanır. Ukraynada daxili siyasi böhran dərinləşir, “təslimçilik” ittihamları güclənir. ABŞ isə “barışdırıcı” imic qazansa da, Avropa ölkələri arasında etibarını tamamilə itirir.

Nəhayət, üçüncü ssenaridə “İflas və eskalasiyaya dönüş” ucbatından Ukrayna savaşı daha riskli istiqamətlər ala bilər. Belə ki, Ukrayna və Avropa Birliyi Tramp modeli üzrə atəşkəs təkliflərini rədd edir. Bu ziddiyyətlər sayəsində Rusiya əlavə vaxt qazanaraq, yeni hücum strategiyasına hazırlaşır. ABŞ-Avropa Birliyi münasibətlərində çatlar daha da dərinləşir. Və nəticədə Ukrayna savaşı 2026-cı ildə yeni, daha dağıdıcı mərhələyə daxil ola bilər.

Göründüyü kimi, bu prosesin uğuru və ya uğursuzluğu yalnız Ukrayna savaşının gedişini deyil, həm də ABŞ və Qərbin geosiyasi birliyinin taleyini də müəyyən edə bilər. Hazırda Rusiyaya qarşı sanksiyaların ləğvi və enerji bazarına dönüş Kremlin ən böyük siyasi-diplomatik qələbəsi olardı. Əksinə, prosesin iflası ABŞ və Qərblə Rusiya arasında yeni hərbi eskalasiyanın başlanğıcına da çevrilə bilər. Və bu baxımdan, Tramp-Putin görüşü ətrafındakı qurulan qəliz geopolitik oyunların Ukrayna savaşını sona çatdırmaqdan daha çox yeni "soyuq müharibə"yə yol açma ehtimalı da var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Avqust 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri