Tramp Putin görüşü niyə uzanır? “Elə belə görüşməyin mənası yoxdur”
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
“ABŞ Prezidenti Donald Tramp hələ seçkilər zamanı bildirirdi ki, mən hakimiyyətə gələn kimi müharibəni dayandıracağam. Ancaq o, bu müharibənin dayandırılmasına nə qədər çalışsa da, buna nail ola bilmədi. Çünki Rusiya Ukraynada öz məqsədlərinə çatmaq üçün hələ də müharibəni davam etdirir. Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirir ki, biz məqsədlərimizə çatana qədər müharibəni aparacağıq. Yəni Donbas bütövlükdə Rusiyanın tərkibinə keçməlidir. Ona görə də müharibə hələ də davam edir, getdikcə gərginləşir və daha böyük əraziləri əhatə edir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Elşad Həsənov ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşmə ehtimalından danışarkən deyib.
Onun sözlərinə görə, müharibənin davam etməsi həm beynəlxalq iqtisadiyyata, həm də diplomatiyaya ciddi təsir göstərir:
“Buna görə də Trampın yaxınları, yəni onun nümayəndələri dəfələrlə Putinlə görüşlər keçiriblər, ancaq hələlik heç nəyə nail olmaq mümkün olmayıb. Avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Putin də öz çıxışında bildirdi ki, Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb. Onlar Trampın yaxın ətrafındadırlar və biz danışıqlarımızı davam etdirəcəyik. Ancaq hələlik ortada konkret nəticə yoxdur.
Ona görə də Tramp da bildirib ki, elə-belə görüşməyin mənası yoxdur. Zelenski üçtərəfli görüşün keçirilməsi ilə bağlı dəfələrlə bildirib ki, Donald Tramp, Vladimir Putin və özü bir araya gələrək müharibəni dayandırsınlar. Ancaq bildiyimiz kimi, Rusiya hələ buna razı deyil və hazır deyil. Çünki o, məqsədlərinə çatmayıb, yəni Donbas bütövlükdə işğal olunmayıb. Donbasın qalan hissəsini də Zelenski Trampın təkidinə baxmayaraq vermədi və bildirdi ki, bu mümkün deyil. Ona görə də hələlik müharibə orada çox şiddətli şəkildə davam edir”.
Siyasi şərhçi hesab edir ki, bu görüş hələlik təxirə düşəcək:
“Çünki Tramp da Putinlə elə-belə görüşüb nəyəsə nail olmadığı halda həmin görüşü mənasız sayır. Ona görə də istəyir ki, onun nümayəndələri Putinlə görüşsün və onu müharibəni dayandırmağa razı salsınlar. Hələlik isə bu məsələ uzanır.
Həm də Ukrayna Rusiyanın dərinliklərinə zərbələr endirir. Rusiyanın neftayırma zavodlarının demək olar ki, yarısının fəaliyyətinə zərbə vurulub. Bu da Rusiyada böyük xaosa və narazılıqlara səbəb olub. Hətta bildirilir ki, Rusiya sentyabrın 20-də parlament seçkilərindən sonra səfərbərlik elan edəcək və payızda daha şiddətli hücuma keçməyi planlaşdırır.
Buna görə də Zelenski istəyir ki, Avropa İttifaqının rəhbərliyini də bu işə cəlb etsin və müharibə dayansın. Ancaq təəssüf ki, hələlik, necə deyərlər, Putin bu məsələyə razılıq vermir. Çünki Rusiyada da vəziyyət doğrudan da gərgindir və çətindir. İqtisadiyyat demək olar ki, çöküb, ancaq hərbi sənaye işləyir. Digər sahələrdə ciddi geriləmələr var, əhalinin vəziyyəti ağırdır.
Əgər müharibə dayansa, təsəvvür edin ki, müharibədə iştirak edənlər geri qayıdacaqlar, amma iş yerləri yoxdur. Sənaye sahələrinin çoxu bağlanıb, minlərlə xarici şirkət fəaliyyətini dayandırıb və ölkədə iş yerləri ilə bağlı ciddi problem yaranıb. Yəni problemlər çoxdur.
Ona görə bütün bunları dərk edən Putin müharibəni hələlik dayandırmaq istəmir. O istəyir ki, müharibədən qalib kimi çıxsın, ancaq görünür ki, məqsədinə çata bilmir. Buna da həm ABŞ, həm də Avropa İttifaqı imkan vermir. Onlar imkanları daxilində, bütün gücləri ilə Ukraynaya kömək edirlər. Ona görə də onların yaxın zamanda görüşəcəklərini düşünmürəm”.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Sentyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















