“Tramp Putin görüşü onsuz da olacaq” Orban əmindir
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Budapeşt sammitinin baş tutmamasına baxmayaraq, Tramp-Putin görüşü mütləq olacaq.
“AzPolitika” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban mediaya açıqlamasında deyib.
Orban Donald Trampla Vladimir Putin arasında görüşün gündəmdə olduğunu bildirib: “Gecikdirilən şey onsuz da baş verəcək. Sadəcə, bizim istədiyimiz vaxt yox, bir az sonra".
Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında danışıqlar dalana dirənib, çünki Rusiya mümkün sülh razılaşması əldə edilməzdən əvvəl bütün Donetsk bölgəsini ələ keçirmək istəyir.
Orban əlavə edib ki, Rusiya ilə Ukrayna arasındakı 2022-ci il "İstanbul Sazişləri"nin sənədlərini görüb. O, bu danışıqların uğura yaxın olduğunu, lakin razılaşmanın "anqlosaksonlar tərəfindən pozulduğunu" iddia edib.
Xatırladaq ki, bu günlərdə media orqanları Putinin Budapeşt sammitinin baş tutmamasına görə “günah keçisi” tapdığını bildirib. Bu “keçinin” Rusiya Xarici İşlər naziri Sergey Lavrov olduğu qeyd edilir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 12 Noyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















