Icma.az
close
up
RU
Tramp Putin görüşü: sülh əldə olunacaq, yoxsa müharibə qızışacaq? ŞƏRH

Tramp Putin görüşü: sülh əldə olunacaq, yoxsa müharibə qızışacaq? ŞƏRH

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Ukraynadakı müharibəsinin gedişi xeyli dərəcədə ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında gözlənilən görüşün nəticələrindən asılıdır. Hər iki tərəf görüşlə bağlı müsbət rəy bildirib. Bununla belə, Rusiyanın atəşkəs və sülh üçün şərtləri çox ağırdır. Bu şərtlərin qəbul edilməsi inandırıcı görünmür. Elə buna görə də Tramp razılıq əldə olunmayacağı təqdirdə Rusiyanı yeni sanksiyalar və ticarət tariflərinin tətbiqi ilə hədələyib.

Bəs söhbət hansı sanksiyalardan gedir? Növbəti sanksiyalar Rusiyanı öz siyasətini dəyişdirməyə məcbur edə bilərmi?

Siyasi ekspert Elçin Xalidbəyli Bakupost.az-a açıqlamasında bildirib ki,Tramp administrasiyasının son addımları Kreml üçün gözlənilməz oldu:

“Hazırda Rusiya üçün olduqca mürəkkəb bir situasiya yaranıb. Moskvanın Trampdan müəyyən gözləntiləri var idi. Lakin bu gözləntilər özünü doğrultmadı. Kremldə hesab edirdilər ki, prezident Tramp hakimiyyətə gəldikdən sonra o, Putinlə masa arxasında oturacaq və Ukraynanı bölüşdürəcəklər. Amma sonradan məlum oldu ki, Tramp Kremldə ümid verən vədlərindən tədricən geri çəkilməyə başlayıb. Hazırda Ağ Evin yeni sahibi Rusiyanı açıq şəkildə təhdid edir və Putindən sülh müqaviləsini imzalamasını tələb edir. Bu isə olduqca ciddi bir məsələdir. Rusiyaya xəbərdarlıq edilib ki, əgər Putin sülh sazişini imzalamasa, Rusiya məhv olacaq. Burada həmçinin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi və mövcud sanksiyaları daha da ağırlaşdırması gündəmə gəlir".

Ekspert qeyd edib ki, ABŞ-ın sanksiya potensialı tükənməyib və yeni sanksiyalar arasında Rusiya mallarının ABŞ-a idxalına yüksək gömrük rüsumlarının tətbiqi və bu məhdudiyyətlərin digər ölkələrə də şamil olunması ehtimal edilir:

“Təbii ki, ABŞ-ın Rusiyaya qarşı sanksiya potensialı tükənməyib.Yeni sanksiyalar tətbiq oluna bilər. Məsələn, onların arasında Rusiya mallarının ABŞ-a idxalına yüksək gömrük rüsumlarının təyin edilməsi və bu rüsumların ən yüksək səviyyədə tutulması Moskvaya ciddi iqtisadi zərbələr vura bilər. Eyni zamanda, Tramp bu məhdudiyyətləri Rusiyanın digər ölkələrə mal ixracına da şamil etmək niyyətindədir. Yəni, hər tərəfdən Rusiyanın sıxışdırılmasına cəhd göstərilir.Tramp artıq anlayır ki, Rusiya çökmək üzrədir və ölkənin iqtisadiyyatı çox ağır bir dövr keçirir. Bu səbəbdən, Tramp hazırda Rusiyanı öz şərtlərindən geri çəkilmək məcburiyyətində qoymaq və Putinin şərtsiz olaraq sülh sazişini imzalamasına nail olmaq məqsədi güdür”.

Siyasi ekspert Qədir Aslanov bildirib ki, Rusiya artıq dayana bilməz, çünki bütün varlığı ilə hərb maşınına tabe olub:

“Bu relsdən çıxmaq demək olar ki, qeyri-mümkündür. Hazırda Putin rejimini ayaqda saxlayan tək şey Ukraynanın dağıdılmış kəndlərinə taxdığı bayraqlardır. Yəni xalqı sakit saxlayan vasitələr demək olar ki, tükənib. Əvvəllər ölkədə iqtisadi rifah, sosial stabillik və möhkəm bank sistemi var idi, amma bunların hamısı sıradan çıxıb, Putin konsensusu pozub".

Q.Aslanov əlavə edib ki, Putin və Zelenski arasında görüşün baş tutması mümkündür, amma bu görüşün nəticələrinin ictimaiyyətə açıqlanmaması ehtimalı da var:

“Amma Putin anlayır ki, Zelenski ilə bir masaya otursa, həmin masadan qalxıb başqa bir masaya – Rusiya ilə Amerikanın haqq-hesab çürüdəcəyi masaya oturmalı olacaq.Bu ikinci masada Amerika Rusiyadan çox böyük bədəllər tələb edəcək. Hətta nüvə arsenalının tamamilə əlindən alınması məsələsinə qədər gedib çıxa bilər. Əslində, ruslar da məhz bundan qorxurlar”.

Digər siyasi ekspert Elşad Mirbəşiroğlu Rusiya ilə ABŞ arasında mövcud dialoq fonunda tərəflərin kompromisə meyilli olacağını ehtimal edir:

“Rusiya üçün müəyyən prioritetlər və qırmızı xətlər mövcuddur. ABŞ da bunu çox yaxşı anlayır. Eyni zamanda, Rusiya da ABŞ-ın geosiyasi prioritetlərini dəqiq başa düşür. Hesab edirəm ki, ABŞ Rusiyanın geosiyasi prioritetlərini nəzərə almaq məcburiyyətində qalacaq. Bu, Trampın səsləndirdiyi bəzi fikirlərdən aydın şəkildə görünür. Sanksiyalara gəldikdə isə, Rusiyaya qarşı tətbiq edilə biləcək bütün mümkün sanksiyalar artıq həyata keçirilib. Lakin bu sanksiyalar Rusiyanın mövqeyində ciddi dəyişiklik yaratmağa nail olmadı”.

Ekspert, həmçinin ABŞ-nin Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə təsir göstərmə cəhdini bir kənara qoyacağını və tərəflərin strateji məsələlərdə kompromisə gəlməyə çalışacaqlarını bildirib:

“Ümumilikdə, Rusiyanın konkret məsələlərlə bağlı hansısa güzəştə gedəcəyini düşünmürəm. Həmçinin, ABŞ da Rusiyanın getməyəcəyi güzəştləri ondan tələb etməyəcək”.

Lalə Novruz, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Yanvar 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri