Icma.az
close
up
RU
Tramp Putin söhbəti bazarı at üst edir: Qiymətlərdə görünməmiş dəyişiklik

Tramp Putin söhbəti bazarı at üst edir: Qiymətlərdə görünməmiş dəyişiklik

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa fond bazarlarında bu gün artım qeydə alınıb, enerji qiymətləri isə azalıb. 

Bu dəyişikliklər ABŞ Prezidenti Donald Trampın Rusiya ilə müharibənin bitməsi üçün danışıqlara "dərhal başlanacağı" barədə açıqlama verməsindən sonra baş verib. Almaniyanın Dax indeksi 1,4%, Fransanın Cac 40 indeksi isə 1,3% artib. 

"Cebheinfo.az" Financial Times"-a istinadən xəbər verir ki, “Société Générale”-in qlobal səhmlər üzrə rəhbəri Şarls de Buassazon bu barədə bildirib. O deyib ki, Ukraynadakı müharibənin həlli Avropa səhmlərində riski azalda bilər. Onun sözlərinə görə, son illərdə investorlar Avropada çox dəyərsizləşdirilmişdilər. 

"Amma əhval-ruhiyyə yaxşılaşır", -deyə o əlavə edib. Trampın dünən etdiyi açıqlamalara görə “Stoxx Europe 600” indeksi 0,7% artaraq yeni bir zirvəyə çatib və avro 0,4% yüksələrək 1,042 dollar oldu. Müharibədən sonra Ukraynanın bərpasında kömək edə biləcək tikinti və infrastruktur şirkətlərinin səhmləri də artıb. Fransanın “Legrand” şirkəti 6,3%, “ArcelorMittal” polad istehsalçısı isə 2,6% artıb, “Stoxx Europe 600 Construction & Materials” indeksi isə 1,2% yüksəlib. 

Xatırladaq ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu qlobal inflyasiyanın artmasına səbəb oldu, çünki xammal və enerji qiymətləri kəskin şəkildə yüksəldi. “BNP Paribas Asset Management”-ın baş bazar strateqi Daniel Morris bildirib ki, enerji qiymətlərinin aşağı düşməsinin Avropa səhmlərinə müsbət təsiri olacaq. 13 fevral da baş verən artım Trampın tariflərə qarşı daha yumşaq mövqeyi, ABŞ ilə müqayisədə Avropa blokunda daha aşağı faiz dərəcələri və müharibənin bitməsi ümidləri ilə əlaqələndirilir. 

“Brent” markalı neft, dünya standartı, 1,4% azalaraq 74,12 dollar/barrel oldu, ABŞ-nin "West Texas Intermediate” markalı nefti isə 1,5% azalarak 70,31 dollar/barrelə düşüb. 

Müharibənin başlanğıcından sonra 120% artan təbii qaz qiymətləri də aşağı düşür. Avropanın əsas göstəricisi olan TTF 2,7% azaldı. Hava yolu şirkətləri səhmləri artdı: “Wizz Air” 6,2%, “Lufthansa” isə 3,1% bahalaşdı. Lakin son illərdə boyük mənfəət əldə edən bir çox enerji şirkətləri neft və qaz qiymətlərinin aşağı düşməsi səbəbindən gəlirləri azalıb. 

Avropanın ən böyük qaz istehsalçısı olan “Equinor”n səhmləri 1,7%, “TotalEnergies”in isə 0,7% azaldı. BP və “Shell” kimi ən böyük neft şirkətlərini əhatə edən Londondakı FTSE 100 indeksi də 0,6% eniş yaşadı. 

Rusiya rublu isə 3% artaraq 1 dollar üçün 91,2 olub. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see438

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see273

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see175

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see172

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see152

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see151

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri