Icma.az
close
up
RU
Tramp Putin sövdələşməsi: “The Telegraph” Trampın Ukrayna planını ifşa etdi ŞOK TƏFSİLAT KONKRET

Tramp Putin sövdələşməsi: “The Telegraph” Trampın Ukrayna planını ifşa etdi ŞOK TƏFSİLAT KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“The Telegraph” ifşası: Trampın “minerallar sazişi” Zelenskiyə təzyiq, Putinə qaz imperiyasını bərpa şansı yaradır

ABŞ prezidenti Donald Trampın hazırladığı və “The Telegraph” tərəfindən ələ keçirilmiş gizli “bərpa planı” dünya diplomatiyasında bənzəri görünməmiş bir sənəd kimi qiymətləndirilir. Plan Ukraynaya bərpa üçün dəstək adı altında, əslində onun neft, qaz, nadir torpaq elementləri, metal və nəqliyyat infrastrukturuna tam nəzarəti ABŞ-a verən neokolonial müqavilədir.

Volodimir Zelenskiyə ultimatum: Ukrayna ya bu razılaşmanı imzalamalı, ya da ABŞ-ın dəstəyindən məhrum qalmalıdır. Müqavilədə qeyd edilir ki, Ukrayna ABŞ-a 100 milyard dollar borc ödəyənə qədər bütün gəlirlərin hamısı Vaşinqtona çatacaq. Ukrayna isə yalnız borc ödənəndən sonra gəlirin 50 faizinə sahib ola biləcək. Bunun üçün isə heç bir təhlükəsizlik zəmanəti və ya ABŞ tərəfindən maliyyə yatırımı nəzərdə tutulmur.

“Bu, əmlakın müsadirəsi sənədidir”, – deyə Atlantik Şurasının enerji hüququ üzrə eksperti Alan Rayli bildirir. “ABŞ bu razılaşmadan istədiyi an çıxa bilər, Ukrayna isə yox.”

Sənəddə Ukraynanın qaz, neft və mədən sektoruna aid yollar, boru xətləri, limanlar və zavodlar daxil olmaqla bütün infrastrukturuna ABŞ-ın tam nəzarəti nəzərdə tutulur. İdarəetmə Delaver ştatında qeydiyyatdan keçmiş, lakin Nyu-York yurisdiksiyasında olan fond vasitəsilə həyata keçiriləcək və fondun idarə heyətinin 3 üzvünü ABŞ təyin edəcək.

Bütün bunlar fonunda ABŞ və Rusiya arasında paralel danışıqların getməsi, xüsusilə də Qərbi Sibir qazının Avropaya qaytarılması və Nord Stream boru kəmərinin bərpası planları Kremllə gizli sövdələşmə şübhələrini artırır. Hətta Trampa yaxın maliyyəçilərin Rusiya suveren fondunun rəhbəri Kiril Dmitriyev ilə əlaqələri və ortaq enerji layihələrinə giriş imkanı da gündəmə gəlib.

Sergey Lavrovun sözləri vəziyyəti daha da aydınlaşdırır: “Əgər amerikalılar Avropaya təzyiq göstərsə və onları Rusiya qazını qəbul etməyə məcbur etsə, bu, bizim üçün qələbə olacaq”.

Diplomatik fiasko yaxınlaşır: Macarıstan və Slovakiya artıq Avropa İttifaqının sanksiyalarının uzadılmasına səs verməyəcəklərini bildiriblər. Bu isə 200 milyard avroluq Rusiya aktivlərinin azad edilməsi və Kremlə təhvil verilməsi ilə nəticələnə bilər.

Çatham House analitiki Tim Eş isə belə deyir: “Tramp qalib gələ biləcəyi oyunu uduzur. Bu plan Ukraynanın deyil, Rusiyanın maraqlarına xidmət edir”.

Qərb içində parçalanma artır, Ukraynanın isə öz iqtisadi gələcəyi və ərazi bütövlüyü ciddi təhdid altına düşür. “Tramp-Putin enerji razılaşması” Qərbin “Azad Ukrayna” tezisini təhlükəli şəkildə sarsıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Mart 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri