Icma.az
close
up
RU
Tramp Putin telefon danışığı: Putin sülhə razıdır? Müharibənin yeni mərhələsi başlayır? ŞƏRH

Tramp Putin telefon danışığı: Putin sülhə razıdır? Müharibənin yeni mərhələsi başlayır? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

Danışığın məhz Ukraynada davam edən müharibənin həlledici mərhələsində baş verməsi, onun mümkün nəticələri barədə müxtəlif ehtimalları gündəmə gətirib. Trampın Rusiya ilə dialoqa önəm verməsi və əvvəllər münaqişənin qısa zamanda bitirilə biləcəyini iddia etməsi, bu təmasın real təsirləri barədə sualları artırır. Həm Vaşinqtonda, həm də Avropada bu görüşmənin yaratdığı siyasi rezonans diqqətlə izlənilir.

Maraqlıdır, görəsən bu telefon danışığı müharibənin gedişatına təsir göstərəcəkmi? Turkustan.az olaraq bu sualla politoloq Məhəmməd Əsədullazadəyə müraciət etdik.

Məhəmməd Əsədullazadə

Donald Tramp və Vladimir Putin arasında baş tutan növbəti telefon danışığı, təbii ki, əsasən Ukrayna məsələsi ilə bağlıdır. Qəzzada müəyyən səviyyədə atəşkəs əldə olunduqdan sonra Trampın diqqəti Ukraynaya yönəlib və onun əsas planı bu istiqamətdə Rusiyanı növbəti dəfə gözlənilməz addımlarla təəccübləndirməkdən ibarətdir. ABŞ-ın Ukraynaya “Tomahawk” raketlərinin verilməsinə dair açıq mövqeyindən sonra Rusiyada, xüsusilə sosial mediada narazılıq yaranıb. Bu narahatlıq hətta Vladimir Putinin özünə qarşı da müəyyən etiraz əhval-ruhiyyəsi kimi ifadə olunub.

Amerika tərəfi bu kimi addımlarla Rusiyaya psixoloji təsir göstərməyə çalışır. Trampın Putinlə son danışığı da məhz Ukrayna ilə bağlı məsələlərə fokuslanır. Hazırda Ukrayna cəbhə xəttində müəyyən taktiki uğurlar əldə edir və Rusiya qüvvələrinin mövqeləri bir sıra istiqamətlərdə zəifləyib.

Donald Trampın atəşkəslə bağlı yeni təklif irəli sürəcəyi gözlənilir. Bu, müharibənin gedişatında müəyyən dəyişikliklərə səbəb ola bilər. Eyni zamanda, mümkündür ki, yaxın vaxtlarda Ərdoğan, Putin və Tramp arasında üçtərəfli görüş təşkili gündəmə gəlsin. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə vasitəçilik təşəbbüsünü irəli sürmüş, Qəzzə Sülh Sammitindən qayıtdıqdan sonra da bu istiqamətdə açıq bəyanatlar vermişdi.

Bununla belə, ehtimal olunur ki, Vladimir Putin belə bir üçtərəfli görüşdən yayınmağa çalışacaq. Çünki hazırda o, Ukraynadakı müharibənin davam etməsində maraqlı görünür. Donald Trampın “telefon diplomatiyası”na yenidən müraciət etməsi isə, görünür, onun Rusiya üzərində yeni təzyiq planının bir hissəsidir.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri