Tramp Putin və onun Ukraynaya zərbələri ilə bağlı yeni açıqlama verib
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp rus diktatoru Vladimir Putinin onu dinləyəcəyinə və Ukraynaya hücum etməyəcəyinə əmindir. Bu barədə Clash Report xəbər verir.
Jurnalistlər Trampa xatırladıblar ki, o, Putinə bu gün Ukraynaya hücumu dayandırmasını deyib.
– Səncə, eşidəcək? – jurnalist Trampdan soruşub.
“Düşünürəm ki, Putin Ukraynadakı zərbələrin dayandırılması ilə bağlı məni dinləyəcək”, Tramp cavab verib.
Xatırladaq ki, Tramp Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi hücumundan sonra açıqlama verib.
"Rusiyanın Kiyevə endirdiyi zərbələrdən razı deyiləm. Bunlar lazımsız və çox vaxtsızdır. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh müqaviləsi bağlayaq!" – Tramp yazıb.
Ancaq qeyd etmək lazımdır ki, Tramp hansı “Vladimir”ə – Rusiya diktatoru Vladimir Putinə, yoxsa Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət etdiyini dəqiqləşdirməyib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Aprel 2025 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















