Tramp, Putin və Si Cinpin Ukrayna üçün bir araya gəlir?
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az “Reuters”ə istinadən xəbər verir ki, Vaşinqtonda belə bir görüşün keçirilməsi ilə bağlı müzakirələr aparılır.
Özbəkistanda səfərdə olan ABŞ-nin dövlət katibi Marko Rubio mümkün üçtərəfli görüşlə bağlı açıqlama verib. O, danışıqların aparıldığını təsdiqləsə də, görüşün razılaşdırılıb-razılaşdırılmadığı barədə dəqiq məlumatının olmadığını bildirib:
“Görüşlə bağlı müzakirələr aparılıb. Hələ razılaşdırılıb-razılaşdırılmadığını bilmirəm. Amma ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, Ukrayna-Rusiya müharibəsinin bitməsini istəyir”.
ABŞ dövlət katibi Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinə son qoymaq niyyətində olduğunu bir daha bəyan edib. Onun sözlərinə görə, ABŞ bu münaqişədə heç bir müsbət nəticə görmür və döyüşlərin daha geniş coğrafiyaya yayılması ehtimalından narahatdır.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da məsələyə münasibət bildiirb. Onun sözlərinə görə, Rusiya, Çin və ABŞ liderləri arasında APEC sammitində görüş üçün heç bir predmetli təklif irəli sürülməyib. Kreml rəsmisi deyib ki, Çində üçtərəfli görüş barədə müzakirə də aparılmayıb.
O həmçinin bildirib ki, belə bir görüşün gündəliyi ilə bağlı heç bir əsaslı müzakirə aparılmayıb.
Qeyd edək ki, noyabrda Çində APEC sammiti çərçivəsində Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















