Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”
Icma.az, Bizim media saytına istinadən bildirir.
“Ekstremal soyuqlar var, bizimkilə eyni. Bu səbəbdən mən şəxsən Prezident Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombardman etməsin”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinq zamanı bildirib.
Bu fövqəladə vəziyyət idi. Bu sadəcə soyuq deyil, rekord dərəcədə aşağı temperaturdur. Orada da vəziyyət eynidir, hava pisdir, daha pis ola bilməz.
Onlar dedilər ki, belə soyuğu heç vaxt yaşamayıblar. Və mən şəxsən Prezident Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombardman etməsin. O, razılaşdı. Və deməliyəm ki, bu çox xoş oldu.
Çoxları deyirdi: “buna ümid etmə, sən bacarmayacaqsan”. Amma o, xahişimi qəbul etdi və biz çox şad olduq. Çünki bütün bunlardan əlavə, indi onların şəhərlərinə raketlərin düşməsinə ehtiyac yoxdur. Sadəcə demək istəyirdim ki, bu çox, çox yaxşı qərar oldu”.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Yanvar 2026 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















