“Tramp Putinə demək istəyir ki, sənin nazınla çox da oynayan deyiləm”
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Tramp avtoretar təşəkkürlü adamdır. Yəni o, özü də Putin xasiyyətində bir insandır. O, çıxışında deyir ki, Donbasın 78 faizi işğal olunub, qoy, Rusiya orada qalsın, Ukrayna da elə qaldığı yerdə qalsın və atəşkəs olsun. Yəni Tramp bu barədə fikir bildirir və Budapeştdə də artıq görüş təyin edilib. Lakin bundan dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov atəşkəsin mümkün olmadığını deyir. Böyük ehtimal Tramp da bundan narazı qalıb, etiraz edib”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Politoloq qeyd edib ki, bu həm də onun göstəricisi ola bilər ki, Tramp Putinə demək istəyir ki, mən sənin nazınla çox da oynayan deyiləm: “O, Putinə bildirir ki, görüşüb ən azı minimum şərtlər altında həll etməsən ABŞ-nin Ukraynaya dəstəyi davam edə bilər və sən ciddi şəkildə problemlər yaşaya bilərsən. Fakt da odur ki, Rusiya cəbhədə irəliləyə və istədiyi qələbəni qazana bilmir. Bunu Tramp da, həmçinin bütün dünya da görür”.
Röya İsrafilova
Baxış sayı:42
Bu xəbər 27 Oktyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















